"Bu, Nikolun “demokratiyasının” real mənzərəsidir" - Armen Aşotyan
Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan erməni mediasına verdiyi açıqlamalarda baş nazir Nikol Paşinyanı əməllicə "bombalayıb". O bildirib ki, Ermənistanın “demokratikləşməsi” blefdir və bunu ölkənin sadə vətəndaşları ilə yanaşı, Paşinyanın sponsorları da yaxşı bilirlər. Qərbin siyasi dairələri apardığı geosiyasi oyunlara görə Nikolun getdikcə seyrələn saçlarını sığallasalar da, onlar Ermənistandakı rejimin iç üzünü çox gözəl başa düşürlər.
“Ermənistanda hakimiyyətə qulluq edən medianın “demokratiya” haqqında boş sözləri ilə yanaşı, beynəlxalq strukturlar da ölkəmizdəki vəziyyətlə bağlı hesabatlar tərtib edirlər. EIU institutunun “Democracy Index” hesabatını və İngiltərənin nüfuzlu “The Economist” nəşrinin analitik mərkəzinin məqaləsini misal çəkmək istəyirəm. Paşinyan hakimiyyətinin “demokratiya” haqqında sayıqlamalarına baxmayaraq, Ermənistan bu hesabatlarda “hibrid rejim” kateqoriyasına daxil edilib. Belə ki, ölkədə qanunun aliliyi çox zəif təmin edilir, korrupsiya isə gündən-günə “çiçəklənir”. Vətəndaş cəmiyyəti də olduqca zəifdir, məhkəmə hakimiyyəti müstəqil deyil, jurnalistlər təzyiq altındadır. Bu, Nikolun “demokratiyasının” real mənzərəsidir." - Armen Aşotyan bildirib.
Mətləb