“Boeing”lərlə bağlı qüsurları açıqlamışdı, sonda ölü tapıldı...
“The Daily Mail” qəzeti olduqca maraqlı bir məlumat yayıb. Nəşrin məlumatında deyilir ki, şirkətin istehsal standartları və təyyarələrin yığılması ilə bağlı problemlərlə bağlı narahatlıqlarını ifadə edən “Boeing”in keçmiş əməkdaşı ABŞ-də ölü tapılıb.
Onun vəkilinin sözlərinə görə, 62 yaşlı Con Barnett Cənubi Karolina ştatındakı bir hotelin dayanacağında yük maşınında ölü tapılıb. Şimali Çarlston polisi onun intihar etdiyi barədə məlumat yayıb.
Mətləb