KÖHNƏ VERSİYA            

“SƏRHƏDÇİ ZABİTİN ETİRAFI” niyə ədəbi hadisəyə çevrilmədi?

Image

Müsahibimiz yazıçı Əli bəy Azəridir. O, 15 iyul 1966-cı ildə Zəngilan rayonunun Vejnəli kəndində anadan olub. Ali hərbi məktəbi bitirdikdən sonra bir müddət SSRİ Silahlı Qüvvələrinin tərkibində xidmət keçib. Azərbaycan müstəqillik qazanandan sonra doğma vətənə qayıdıb və Milli Ordunun tərkibində ölkənin ərazi bütövlüyü uğrunda savaşa qoşulub. Erməni quldurlarına qarşı döyüşlərdə iştirak edib, müharibə veteranıdır. Mayor hərbi rütbəsində ehtiyata buraxılıb. 

Yaradıcılıqla erkən yaşlarından – hələ orta məktəbdə oxuyarkən məşğul olmağa başlayıb. Hərbi xidmətdən ehtiyata çıxandan sonra həyatını yaradıcılığa bağlayıb. Daha çox hərb mövzulu əsərlər müəllifi kimi tanınan Əli bəy Azərinin bu yaxınlarda “Sərhədçi zabitin etirafı” kitabı nəşr olundu. Hər zaman boşluqları doldurmağa çalışan yazıçı ilə söhbətimizi bu mövzuda qurmağa çalışdıq. 

-Yazıçı Əli bəy Azəriyə atəşin salamlar!

-Sizə də gözəgörünməz Allahın salamı olsun.

-Hər zaman qeyri-adi addımlarınızla cəmiyyəti heyrətləndirməyə çalışmısınız. Nə qədər alınıb-alınmayıb, bunu deyə bilmərəm, istənilən halda siz cəhd göstərmisiniz...

-Ədəbi prosesləri diqqətlə izləyirəm. Harda boşluq görürəmsə, oranı doldurmağa çalışıram. Bunlar hamısı adi, elementar işlərdir. Heç vaxt cəmiyyəti heyrətləndirmək, nəsə qeyri-adi bir iş görmək barədə düşünməmişəm.   

-Elə götürək sonuncu kitabınızı. “Sərhədçi zabitin etirafı” kitabı xeyli diqqət çəkdi. Hətta ədəbi hadisəyə çevriləcəyini söyləyənlər də oldu. 

-O qədər də şişirtməyin. (Gülür) Ədəbi hadisə ha... İndi diqqətdən kənarda qalan ədəbi hadisəyə çevriləcək o qədər əsər yaranır. Di gəl ki, heç biri ədəbi hadisəyə çevrilmir. Müstəqilliyimizdən üzübəri şanlı Azərbaycan sərhədçisi haqqında yalnız bircə kitab var ortada – Əvəz Qurbanlının “Canlı dirəklər” romanı. Dəyərli Əvəz bəy Sərhəd qoşunlarında həqiqi hərbi xidmət keçib. Qoşun növünün bəzi incəliklərinə bələddir. Əsər 2012-ci ildə ərsəyə gəlib, lakin bu əsər də layiqli qiymətini almadı, yəni ədəbi hadisəyə çevrilmədi. 

-Görəsən niyə?

-Sizcə hər hansı bir əsər necə ədəbi hadisəyə çevrilməlidi?

-Əvvəlcə özünüz bu suala cavab verin. Az olarsa mən əlavələr edərəm. 

-Səməd Vurğunun “Vaqif” dramı yazılanda çapdan əvvəl qızğın müzakirəsi keçirildi. Azman şairlər, yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər əsəri oxudular, dönə-dönə çək-çevir elədilər, hər kəs öz auditoriyasında olanların fikrini öyrəndi. Ədəbiyyat hamilə qadın kimi hamının gözlədiyini həyata gətirdi. Bu gün ədəbiyyat adına olan yuxarıdan aşağı bütün təbəqələrin münasibəti faciəvidir. Ac qurd kimi dövlətin büdcəsini sivirirlər, ədəbiyyat adına heç bir iş görmürlər. Zorla oxutdurub münasibətlərini öyrənəsi deyiləm ki. Əlbəttə, oxumaq, rəy bildirmək, müzakirəyə çıxartmaq onların borcudur. Buna görə vəzifə tuturlar, dövlətdən maaş alırlar. Hazırda AMEA rəhbərliyində və Mədəniyyət nazirliyində bu işə əncam çəkəsi təsadüfi adamlar, ədəbiyyatdan anlayışı olmayanlar mövqe tutduğundan ədəbi proseslər öz axarına buraxılıb. Hələ əsərin yüksək mükafatlara təqdim olunmasını demirəm...

-Olanlarla barışmağa məhkumuq... Onda özünüz cəmiyyəti məlumatlandırın. 

-Məlumatlandırım. Ancaq əvvəlcə bəzi giley-güzarlarımı da bildirim. Yaxşı, deyək ki, ədəbiyyata cavabdeh şəxslər Azərbaycan sərhədçisinə, onun haqqında yazılan əsərlərə biganədir. Bəs sərhədçilər özləri niyə biganədir?

-Bəlkə heç məlumatları yoxdur?

-Kitaba müxtəlif illərdə (2008 – 2022) yazdığım bir povest, yeddi hekayəni seçib daxil etmişəm. Necə deyərlər; “yeddi oğul istərəm, bircə dənə qız-gəlin” prinspi ilə yanaşmışam. Həmin əsərləri bir yerə toplayandan sonra rəsmi məktubla Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə göndərmişəm. Onların istəyini, təklifini nəzərə alacağımı, hətta kitaba hansı adın seçiləcəyini onların ixtiyarına buraxmışam. İstəmişəm ki, təki, onların ürəyincə olsun. Təxminən iki aya yaxın bir müddətdə onlarda qalıb. Oxuyublar, oxumayıblar, deyə bilmərəm, sonda yaxalarını kənara çəkdilər. Əl boyda bir quru məktub göndərdilər ki, mənim kitab çap etdirmək işimə qarışmırlar, sadəcə uğurlar arzulayırlar. Bu, mənim isti, doğma münasibətim, o da onların laqeydliyi, biganəliyi... əsərlərimə yox, öz talelərinə nankor münasibətləri... Fikirləşdim ki, bəlkə əsərlər kağız üzərində diqqətlərini çəkməyib. Kitab şəklində nəşr etdirdikdən sonra tanışlıq üçün bir nüsxə göndərdim. On beş gün keçdi. Maraqlandım. Kitabı götürən yüksək rütbəli zabit yoxa çıxdı. Yenisinə müraciət elədim. Azərbaycan Yazıçılar Birliyində kitabın təqdimatının planlaşdırıldığını bildirdim. Tədbirə nümayəndə göndərməklərini xahiş etdim. Daş atıb başlarını tutdular. Söz versələr də gəlmədilər. 

-Sizcə, onlar niyə belə eləsinlər?

-Bu sualın cavabı olduqca çətindir. Bunun üçün gərək davamlı olaraq dövlət televiziyasını izləyəsən. Hər həftə olmasa da hər ay qonşu İran İslam Respublikasından dövlət sərhəddimizi pozaraq qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik maddə keçirənlər yaxalanır. Ortada belə bir sual yaranır; niyə dövlət sərhəddini qoruyanlar deyil, cinayətkarları polislər, digər hüquq-mühafizə işçiləri yaxalayırlar? Qaçaqmalçının hansı sərhəd zastavası ərazisindən keçdiyi müəyyənləşdirilərək buna cavabdeh olan zabitin cəzalandırıldığını, məsuliyyətə cəlb olunduğunu eşitmisinizmi?

-Aha... Deməli, siz onların yaralı yerinə toxunmusunuz...

-Əsla! Mən millətim, dövlətim adına əsərlər yazmışam. Gələcəkdə həmin əsərləri başqa millətin nümayəndələri də oxuya bilərlər. Onda onlar bizim haqqımızda nə düşünərlər? Bəlkə hansısa vətənpərvər həmin əsərləri rus, ingilis dilinə çevirərək dünyaya yayacaqdır. Mən dövlətimin, millətimin adına xələl gətirəcək bir şey yazarammı? İstənilən halda indi Sərhəd Qoşunlarının yüksək pillələrində böyük ulduzlar daşıyan, büdcədən yüksək məvacib alanlardan fərqli olaraq mən daha qlobal düşünürəm. Sadəcə, onlar mənim yazdıqlarımda özlərinə yer tapa bilmədiklərindən qaçıb gizlənməyə üstünlük veriblər. Mənə elə gəlir.

-Yazdıqlarınız real həyatda baş verənlərlə üst-üstə düşmür?

-“Nar çubuğu” adlı hekayəm də onların arasındadır. Geyrançöldə, Keşikçi monastrının yaxınlığında baş verən hadisə əsasında yazmışam. Xatırlayırsınızmı? Gürcü idmançı gəlib Azərbaycan sərhədçisinin silahını əlindən almışdı. Realda belə olmuşdu. Dövlətim adına, millətim adına utancverici bir hadisəydi. Mən həmin hadisəni fərqli şəkildə işlədim. Gürcü keşişlə Azərbaycan sərhədçisinin arasında möhtəşəm dialoq yaratdım. Bunu mütləq oxumaq gərəkdir. 

-Əsərləriniz təkcə İran və Gürcüstan sərhədlərində baş verənlər haqqındadır? 

-Bayaq özünüz də qeyd etdiniz ki, mənim fərqli yanaşmam var. Ölkədə baş verən hansısa qlobal hadisə ərəfəsində güman gəlməyən sərhəd bölgəsində ola biləcək hadisəni sanki görürəm. “Çay məcrasını dəyişmədi” povestim Bakıda Avropa olimpiya oyunlarının keçirildiyi ərəfəyə həsr olunub. Təkcə sərhəd pozucuları ilə deyil, həm də təbiətin şıltaqlığı ilə üzləşən sərhədçilərimizin gərgin xidmətini dinamik inkişaf üzrə təsvir etmək çətindən çətindir. Mən bunu bacarmışam. Qürurla deyirəm və istənilən auditoriyada müzakirəsinə hazıram. Hekayələrdən biri Ermənistanla sərhəddə baş verən hadisədən bəhs edir. Bir hekayə də dəniz sərhəddindən. Bunu həm də ekoloqlarla məsləhətləşmişəm. Dəniz çəkilməsinin və qabarmasının təsvirini onlara danışanda özləri də heyrətləniblər. Bu hadisə kitaba ad seçdiyim hekayənin süjetidir. 

-Əsas qəhrəmanlar, personajlar kimlərdir? Yalnız sərhədçilərdən yazmısınız, yoxsa onların ailə üzvləri, dostları, sevgililəri və digərləri də yer alıb?

-“Borc və sevgi” hekayəsində hadisələr kursantın oxuduğu vaxtdan başlayır. Mütəmadi olaraq universitet tələbələri ilə kursantları görüşdürürlər, onların arasında intellekt yarışı təşkil edirlər. Sərhədçi-kursant tələbələr arasından bir qıza vurulur. Qızın da ona marağı yaranır, lakin xidmət məhdudiyyətləri onların münasibətlərinin sevgiyə çevrilməsinə imkan vermir. Kursant məktəbi bitirir. Onu zabit rütbəsində sərhəd bölgəsinə xidmətə göndərirlər. Bir müddət sonra hadisə baş verir. Sərhəd pozucusunu yaxalamaq məqsədilə əməliyyat keçirirlər. Sərhədçilərə ərazidə quzu otaran məktəblilər köməklik göstərirlər. Növbəti gün məktəblilərlə görüşmək, onlara “Sərhədçinin dostu” döş nişanını təqdim etmək üçün məktəbə yollanırlar. Gənc zabit həmin qızı müəllimlər arasında görür və hər ikisi bu qarşılaşmaya çox sevinirlər. Mən baş verən hadisələrdən daha çox vətəndaşla sərhədçi arasındakı vəhdəti, ünsiyyəti diqqət mərkəzinə çıxartmağa çalışmışam. Bəyəm belə olsaydı, daha yaxşı ünsiyyət və üstün xidmət qurulmazdımı?

-Tamamilə haqlısınız. Danışdıqlarınızla diqqətimi çəkdinizsə, deməli, kitabınız geniş oxucu kütləsinin də marağına səbəb olacaq. 

01.03.2024, Bakı şəhəri


Söhbətləşdi: 

Təranə DƏMİR

Azərbaycan Yazıçılar Birliyinin üzvü








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031