Bir gündə təhvil götürülən silah-sursatın sayı açıqlandı
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 qumbara, 5 müxtəlif markalı tüfəng, 1 patron darağı və 45 müxtəlif çaplı patron təhvil götürüblər.
Mətləb