İtaliyalı bəstəkarın 30 milyon avroluq skripkası müayinə olundu...
Məşhur italiyalı bəstəkar Nikolo Paqanininin (1782-1840) skripkası Rentgen müayinəsindən keçirilib. İtaliya mətbuatının yazdığına görə, müayinə Fransanın Qrenobl şəhərindəki xüsusi laboratoriyada aparılıb.
Yoxlamanın məqsədi nadir musiqi alətinin real vəziyyətini müəyyən etmək, həmçinin onun hazırlandığı materialın tərkibini öyrənmək olub. Bu analiz skripkanın hazırlanmasında istifadə olunmuş ağacın hüceyrə strukturunu müəyyən etməyə imkan verib.
Skanerləmə zamanı musiqi alətinin çox mükəmməl şəkildə hazırlandığı, materialların yüksək keyfiyyətli olduğu üzə çıxıb. Analizin nəticələri yaxın aylarda rəsmi şəkildə elan ediləcək. Xatırladaq ki, skripka 30 milyon avro məbləğində sığorta olunub.
Mətləb