Rusiyada Krımla bağlı yeni qanun verildi...
2014- cü ildə Krımın işğal və ilhaqından sonra Rusiyada ilk dəfə bu mövzu ilə bağlı yeni qanun layihəsi hazırlanıb.Evronyusun məlumatına görə Dövlət Dumasına 1954- cü ildə Krımın Ukraynaya verilməsinin qanunsuz olduğunu təsdiq edən qanun layihəsi təqdim edilib .
Ekspertlərin fikrincə, qanun təsdiq olunandan sonra Rusiyada " Krım 2014- cü ildə işğal olundu" kimi fikri söyləyən və yazan hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq. Ekspertlər hesab edir ki, sovet dövründə Krımın Ukraynaya verilməsinin hüquqi və siyasi aspektləri barədə yazılan əsərlər və tədqiqatlar da etibarsız sayılacaq.
Namiq Quliyev