Qalmaqallı Ukrayna bəyanatı Makronun başına bəla oldu - müttəfiqlərlə münasibətlər gərginləşdi, Kiyev səfəri təxirə salındı
Fransa prezidenti Emmanuel Makron Ukraynaya çoxdan planlaşdırılan səfəri təxirə salınıb. Buna Makronun Ukraynaya Qərb qoşunlarının göndərilməsini istisna etmədiyi barədə bəyanatına görə müttəfiq ölkələrlə aralarında gərginliyin artması səbəb olub.
NATO-nun baş katibi Stoltenberq də dolayısı ilə Makronu tənqid edib və bildirib ki, bu cür məsələlərdə müttəfiqlərlə məsləhətləşmələr aparılmalıdır.
"NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur. Nə NATO-nun özü, nə də onun NATO müttəfiqləri münaqişənin tərəfləri deyil" - Stoltenberq “Reuters” agentliyinə verdiyi müsahibədə deyib.
Stoltenberq bildirib ki, hər hansı NATO ölkəsi Ukraynaya qoşun yeridərsə, bu, bütövlükdə alyansa təsir edəcək, çünki təşkilat üzvləri kollektiv müdafiə sazişinə sadiqdirlər.
Makronun Kiyev səfəri fevral ayına planlaşdırılıb, lakin sonradan martın ortalarına təxirə salınıb.
Bazar günü Fransa Prezident Sarayından verilən açıqlamada, səfərin "yaxın bir neçə həftə ərzində" baş tutacağı bildirilib.
Tahir TAĞIYEV