KÖHNƏ VERSİYA            

Separatçı "Arsax" bərpa olunur - Qərbi Azərbaycan Respublikası (QAR) elan edilə bilər...

Image

Baş verənlər göstərir ki, ermənilər separatizmdən əl çəkmək niyyətində deyillər. Yenə də separatizm, yenə də separatçı çağrışlar özünü büruzə verməyə başlayıb. Baxmayaraq ki, keçən ilin 28 sentyabrında  Azərbaycanın Qarabağ bölgəsində mövcud olmuş qondarma qurum özünü buraxdığını elan edərək bildirrdi ki, qondarma rejimin bütün qurumları və təşkilatları 2024-cü il yanvarın 1-dən fəaliyyətini tam dayandırır.

Amma görünür, onların bu “bəyanatları” gözə kül üfürməyə xidmət etməkdən başqa bir şey olmayıb. Artıq İrəvanın Fransa meydanında separatçıların əksi parçası yenidən görsənməyə başlayıb. Halbuki, iki il əvvəl bu əski parçası tamamilə yığışdırılaraq harasa aparılmışdı. Bu gün qondarma rejimin Ermənistanda baş qaldırması müşahidə olunur. Çox təəssüflər olsun ki, dünyanın gözü qarşısında özünü buraxmış və artıq mövcud olmayan Qarabağdakı qondarma rejim hazırda Ermənistanda baş qaldırır. Əlbəttə, bu da təsadüfi xarakter daşımır, onu düşünməyə əsas verir ki, bu işin arxasında Paşinyan hakimiyyəti dayanır və hökumət onların fəaliyyəti üçün şərait yaradır. 

Ermənistan hakimiyyəti sözdə separatçıları sıxdığını desə də, əməldə başqa şeylər baş verir. Hazırda Ermənistanda separatçılar fəaliyyət dairəsini genişləndirərək Qərb təmsilçiləri ilə də görüşlərə can atırlar. Bunu gizlətmək mümkün deyil. Ermənistan hökuməti bu prosesin daha da irəli getməsinə, davam etməsinə göz yumduqca, təbii ki, onun ağır nəticələrinə də qatlaşmalı olacaq. Bu dövlət bilməlidir ki, separatizmi dəstəkləmək, ləğv edilmiş qondarma rejimin təmsilçilərinə meydan verməklə öz sonunu yaxınlaşdırır. Paşinyan hökuməti gözəl bilir ki, separatçılara dəstək istiqamətində hər bir addım Ermənistanın dövlət kimi yoxa çıxmasına gətirib çıxara bilər. Təbii, Azərbaycan bu səhnələrə uzun müddət seyrçi qala bilməz, öz tədbir və addımlarını ortaya qoya bilər. Əgər rəsmi İrəvan orada baş qaldırmış erməni separatizmini dayandırmasa, Azərbaycanın da görəcəyi tədbir var. Azərbaycan dövlətinin də Qərbi Azərbaycanı bəyan edə bilməsi qətiyyən istisna deyil. Azərbaycan da Qərbi Azərbaycanı elan edə bilər. Halbuki, bizim əsas niyyətimiz o olub ki, Qərbi azərbaycanlıların öz tarixi ərazilərinə qayıtması təmin edilsin, bunu təmin etmək istəməyən Ermənistan hökuməti Qarabağdan olan separatçıları dəstəkləyir.    

Akif Nağı: “Ermənistan hakimiyyəti, Paşinyan nə qədər yaxasını kənara çəksə də, əslində qondarma rejimin Ermənistanda baş qaldırması onun tərəfindən də idarə olunur” 

Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu həddən artıq incə bir məsələdir: “Azərbaycan daim onların hərəkətlərini izləyir. 2023-cü ilin 19-20 sentyabr hadisələrindən sonra ermənilərin sürətlə regionu tərk etməsi elə-belə deyildi. Bir tərəfdən, onlar başa düşürdülər ki, azərbaycanlılara, Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak ediblər, törətdikləri dəhşətli cinayətlərə görə qanun qarşısında cavab verməli olacaqlar. Ondan ehtiyat edirdilər. Həm də ondan ehtiyat edirdilər ki, konkret azərbaycanlı ailələrə qarşı çox qatı cinayətlər işlədiblər və o ailələrin təmsilçiləri müəyyən bir dövrdən sonra hansısa bir situasiyada onlara qarşı qisas addımları ata bilər. Yəni Azərbaycan dövlətinin, hakimiyyətinin mövqeyi ilə bağlı deyil, bu, insanların özünün şəxsi təşəbbüsü ola bilərdi. Çünki o cür vəhşiliklər nəticəsində yaxınlarını itirən adamların davranışını əvvəlcədən düşünmək, planlaşdırmaq, idarə etmək çox çətindir. Bunu onlar başa düşdülər.  Digər tərəfdən isə məsələnin başqa bir yönü də var: müəyyən mərkəzlər və dövlətlər var ki, zaman-zaman ermənilərdən, Ermənistandan alət kimi istifadə edirlər. Məsələn, 1915-ci illə bağlı qondarma, uydurma “soyqırım” mifini ortaya atdılar və əvvəllər SSRİ, Moskva onlardan Türkiyəyə qarşı istifadə edirdi. Ondan sonra Qərbdə də müəyyən dövlətlər, müəyyən mərkəzlər bundan istifadə etdilər. Bununla daim Türkiyəni təzyiq altında saxlayırdılar. 

Onlar regiondan da öz qərarları ilə çıxmayıblar, müəyyən mərkəzlərdən idarə olunduqları üçün həmin mərkəzlər onlara “çıxın” göstərişi verdi. İndi onlar ermənilərdən Azərbaycana qarşı bu şəkildə istifadə etməyə çalışırlar”.

A.Nağı qeyd etdi ki, ermənilər bədbəxt toplumdur və həmişə başqalarının maraqlarını təmin etmək üçün alət rolunda çıxış edirlər. Bu gün də ermənilərin alət olduğunu deyən A.Nağı hesab edir ki, məhv olmuş qondarma rejimin qalıqlarının hazırda Ermənistanda baş qaldırması da bu qəbildəndir. “Ermənistan hakimiyyəti, Paşinyan nə qədər öz yaxasını kənara çəksə də, əslində qondarma rejimin Ermənistanda baş qaldırması onun tərəfindən də idarə olunur. Yəni separatçıların yenidən meydana çıxmasında Paşinyanın da əli var. Çünki beynəlxalq mərkəzlər və dövlətlər tərəfindən sifariş Şahramanyana yox, Paşinyana verilib, o da o tapşırıqları yerinə yetirməyə çalışır. Paşinyanın müəyyən görüntü xarakterli hərəkətləri də var. Tutalım, heç mövcud olmayan bir qurumun olmayan “rəhbərlərinin” hərəkətləri ilə bağlı vaxtaşırı  erməni mətbuatında məlumatlar çıxır ki, onların korteclə hərəkətinə hökumət imkan vermir. Yaxud bu yaxınlarda bir məlumat yayıldı ki, Ermənistan hökumətinin nümayəndəsi xaricdə erməni icması ilə görüşəndə ölmüş, məhv olmuş keçmiş qondarma rejimin əksi parçasının zala gətirilməsinə etiraz edib və sair. Bunlar hamısı görüntü xarakteri daşıyır. Guya ki, Paşinyan artıq o quldur, terror dəstələrinin fəaliyyətinə qarşı çıxır. Əslində isə belə deyil. Azərbaycan da bunu çox gözəl bilir və nəzarətdə saxlayır” - deyə A.Nağı bildirdi.

A.Nağının fikrincə, təbliğat işləri getməlidir, Ermənistanın separatizmi dəstəkləməsi, onlara meydan verməsi ifşa olunmalıdır, bununla bağlı beynəlxalq təşkilatların qarşısına şərt qoyulmalıdır. 

“Onlar artıq beynəlxalq aləmə çıxmağa cəhd edirlər, Ermənistanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri ilə görüşməyə təşəbbüs göstərirlər, onların müəyyən nəticələri də var. Hanısısa səviyyədə görüşlər keçirirlər, guya dərdlərini, problemlərini deyirlər, əslində isə özlərinin mövcud olduğunu göstərməyə çalışırlar. Özlərinə bu şəkildə ayrı-ayrı dövlətlərin, hansısa beynəlxalq qurumların nəzərində status qazanmağa çalışırlar ki, guya onlara qarşı belə bir hərəkət olub. Təşəbbüs edirlər ki, “Sürgündə olan Qarabağ ermənilərinin” “hökumətini”, parlamentini” yaratsınlar. Yəni bunlar bu cəhdləri edirlər. 

Azərbaycan iki istiqamətdə fəaliyyətini artırmalıdır. Bir istiqamət olaraq beynəlxalq təşkilatlar qarşısında bu məsələ qoyulmalıdır ki, hansı dövlətin rəsmi nümayəndəsi, səfiri onlarla hər hansı bir təmasa girərsə, dərhal Azərbaycan həmin dövlətlərlə münasibətlərinə yenidən baxacaq. Azərbaycanın təsir imkanları var. Bir də diaspor təşkilatları da eyni zamnada təbliğat işlərini aparmalıdır, dünyaya, mediaya həqiqətləri, məlumatları çıxarmalıdırlar. İkinci istiqamət nədən ibarət olmalıdır: təbiidir ki, Azərbaycanın ərazisi erməni quldurlarından artıq təmizlənib, ola bilsin, orda-burda tək – tək nəsə qalsın. Biz təsir imkanlarını Ermənistana qarşı yönəltməliyik. Ermənistan Azərbaycanın təzyiq imkanlarını, xüsusilə də Qərbi Zəngəzur istiqamətində hiss etməlidir. Başa düşməlidirlər ki, Azərbaycana qarşı oyun oynayırlarsa, Azərbaycan Qərbi Zəngəzurda güc faktoru ilə bağlı hansısa təşəbbüslər edə bilər.

Qərbi Azərbaycan məsələsinə gəlincə, fikrimcə, Qərbi Azərbaycan məsələsini o qədər də birbaşa ermənilərin hərəkətləri ilə bağlamağa ehtiyac yoxdur. Qərbi Azərbaycan Azərbaycanın əzəli torpaqlarıdır. O insanlar çox uzaq olmayan yaxın bir keçmişdə zorla öz torpaqlarından çıxarılıb, onlar öz yerlərinə qaytarılamlıdır, bunu beynəlxalq təşkilatlar təmin etməlidir. Azərbaycan o insanların haqlarının bərpa olunması istiqamətində işlərini aparmalıdır. Bunun hökmən nəticəsi olacaq və ermənilər növbəti dəfə başqalarının əlində alət olacaqlarsa özləri heç nə qazanmayacaqlar, yenə də əlləri boşda qalacaq”-deyə A.Nağı əlavə etdi.

Qasım Hacıyev: “Ermənistan qondarma rejimi bu şəkildə diriltmək istəyirsə, onda biz də Qərbi Azərbaycan məsələsini daha da qabartmalıyıq” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev də “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan məhv olmuş qondarma rejimin qalıqlarını diriltmək istəyirsə, bu onun özünə problem yaradacaq. “Çox təəssüflər olsun ki, bizim səsimizi eşitmək istəməyən Qərb dövlətləri, məlum mərkəzlər erməni separatçılarının yenidən hərəkətə keçməsinə dəstək verirlər. Təbii ki, Paşinyan hakimiyyəti də onların tapşırıqlarını icra edərək artıq ölmüş, məhv olmuş qondarma bir rejimin dirçəlməsinə şərait yaradır.  Biz məhv olmuş qondarma rejimin Ermənistanda “dirildilməsini” müşahidə edirik. Ölən insanı diriltmək mümkün olmadığı kimi, ölmüş rejimi də diriltmək gülünc görsənir. Ermənistan hökuməti özünü üzdə sülh tərəfdarı kimi göstərir, pərdə arxasında isə separatçılara şərait yaradır. Hesab edirəm ki, bu, ermənilərin özləri üçün ağır nəticələrə səbəb olacaq. Ermənistan bununla özünü çox ağır vəziyyətə salır. Ermənistan qondarma rejimi bu şəkildə diriltmək istəyirsə, onda biz də Qərbi Azərbaycan məsələsini daha da qabartmalıyıq. Düzdür, biz bu məsələni dilə gətirən kimi, yenə ermənilər başalyacaqlar ki, bəs Azərbaycan bizə ərazi iddiası irəli sürür, bundan istifadə edəcəklər. Halbuki, bütün dünya bilir ki, bizim Ermənistana qarşı ərazi iddiamız yoxdur. 

Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq ki, ya Ermənistan bu əməlindən əl çəksin, ya da biz də lazımı addımları atacağıq. Necə ola bilir ki, Azərbaycan ermənilərə qarşı heç nə etmədiyi halda nəyisə şişirdib böyük bir hadisəyə çevirirlər, bizi ittiham edirlər, amma İrəvanın mərkəzində qondarma rejimin tör-töküntüləri baş qaldırır, amma ona beynəlxalq qurumlar seyrçi qalır? Gözləyirlər ki, Azərbaycan tərəfdən kimsə Qərbi Azərbaycan sözü işlətsin, həmin dəqiqə hücuma keçirlər, yalandan Qarabağda, Naxçlvanda hansısa abidələrin dağıdıldığını iddia edirlər, olmayan şeylərdən danışırlar. Beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, bizim yüzminlərlə soydaşımız Qəri Azərbaycana qayıtmalıdır, onların illər boyu tapdanan hüquqları bərpa edilməlidir. Ermənistan hökuməti soydaşlarımızın geri qayıdışını beynəlxalq hüquq çərçivəsində təmin etməlidir. Amma biz bunun əvəzində nə görürük? İrəvanın mərkəzində separatçıların əksi parçası qaldırılır. Ermənistan Azərbaycan dövlətinin sülh təşəbbüsləri, atdığı humanist addımları qiymətləndirməlidir. Qondarma rejimin Ermənistanda baş qaldırmasının qarşısını almalıdır”-deyə Q.Hacıyev bildirdi.

Q.Hacıyev əlavə etdi ki, Azərbaycan dövləti hər zaman regionda sülhpərvərliyi ilə seçilib, amma Ermənistan sülh mühitini pozmağa çalışır. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031