ABŞ MKİ-nin keçmiş analitikindən xəbərdarlıq - Rusiya NATO-nun Rumıniya və Polşadakı bazalarını vura bilər
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson bildirib ki, NATO qüvvələri Ukraynaya daxil olarsa, Rusiya ordusu alyansın Rumıniya və Polşadakı bazalarını vura bilər.
“Rusiya nüvə silahından istifadə etməyəcək. Onların Polşa və Rumıniyadakı təchizat mərkəzlərini və bazalarını vura bilən adi raketləri var” - Conson deyib. İngiltərə və Fransanın Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirən Conson bu ölkələrin liderlərinin son zamanlar Rusiyaya qarşı aqressiv bəyanatlar verdiklərini vurğulayıb.
Ekspert qeyd edib ki, NATO-ya üzv ölkələr Ukraynaya qoşun yeridərsə, Rusiya bu qüvvələrin böyük itki verməsinə səbəb olacaq çox həssas zərbələr endirə bilər.
Tahir TAĞIYEV