Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhənin açılması risqi var - Qaribaşvili xəbərdarlıq etdi...
Gürcüstanın keçmiş baş naziri, hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Qaribaşvili bildirib ki, Gürcüstanın hələ də hərbi münaqişəyə sürüklənmək və Rusiyaya qarşı “ikinci cəbhə” açılmaq risqi ilə üz-üzədir.
“Payızda keçiriləcək parlament seçkiləri ölkəmiz üçün çox önəmlidir. Biz sabitliyi, sülhü, iqtisadi inkişafı qoruduq. Bununla belə, ölkənin təhlükəsizliyi və müharibəyə cəlb olunması, “ikinci cəbhə”nin açılması ilə bağlı son iki ildə mövcud olan risqlər aradan qalxmayıb” - Qaribaşvili deyib.
Tahir TAĞIYEV