Orban Trampla görüşdü - Qayıdın və bizə sülh gətirin, cənab prezident...
Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın sabiq prezidenti və prezidentliyə namizəd olan Donald Trampla görüşüb. Macarıstanın baş naziri “X” mikrobloqunda yazıb ki, görüş Floridadakı Mar-a-Laqo iqamətgahında olub.
“Bizə dünyada hörmət edilən və sülh gətirə bilən liderlərə ehtiyacımız var və o, bu liderlərdən biridir. Qayıdın və bizə sülh gətirin, cənab prezident”, – Orban yazır.
Donald Trampla görüşdən əvvəl Viktor Orban mühafizəkar “Heritage Foundation” araşdırma mərkəzində çıxış edib.
“Ailələrə dəstək, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və dövlətlərimizin suverenliyinin qorunması -bu Avropa və Amerikanın mühafizəkar qüvvələri arasında əməkdaşlığın ümumi əsasıdır”, – Orban qeyd edib
TAHİR