"Avropa Parlamenti deputatlarının yalnız 11 faizi müsəlmandır" - Brahim Laytouss
Müsəlmanlar vətəndaş kimi cəmiyyətin inkişafında rol oynamalıdır.
Trend xəbər verir ki, bunu Avropanın İnkişaf və Tədqiqat Akademiyasının baş direktoru Brahim Laytouss "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
“Biz Avropanın bir hissəsiyik, bunu danmaq olmaz. Müsəlmanların da vətəndaş olaraq öz məsuliyyətləri var. Avropa Parlamenti deputatlarının 11 faizi müsəlmandır. Siyasəti dəyişmək istəyiriksə, müsəlmanlar buna daha çox cəlb olunmalıdır. İslamofobiya onların həyatına ciddi təsir edir.
Bütün Avropa təsisatları ilə sıx işləməliyik. Dialoq yalnız bu yolla mümkün ola bilər”, - deyə o bildirib.