Bakı konfransı çərçivəsində qeyri-müsəlman ölkələrində İslam irsinin qəsdən dağıdılması mövzusu müzakirə edilir
Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın ikinci günündə aralıq sessiyalar təşkil edilib.
“Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusuna həsr olunmuş sessiyaya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Aytən Qəhrəman moderatorluq edir.