"Azərbaycanda 40-dan çox etnik qrup sülh şəraitində yaşayır. Bu böyük uğurdur"
"Fikrimcə, bu konfrans Bakıda keçirilən mühüm əhəmiyyətli tədbirlərdən biridir." Bunu AZƏRTAC-a müsahibəsində Bakının ev sahibliyi etdiyi “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçısı, İslamabad şəhərində yerləşən Siyasi Araşdırmalar Mərkəzinin direktoru, siyasi məsələlər üzrə ekspert Əhsən Həmid söyləyib.
Tədbirin islamofobiyaya qarşı mübarizəni əks etdirdiyini bildirən ekspert deyib: "Qərbi Avropada islamofobiya tendensiyaları getdikcə artır. Bu konfrans həmin məsələlərin müzakirəsinə həsr olunub. Bu sahədə dünya ölkələrindən iştirak edən mütəxəssislər bir araya gələrək mövzu ilə bağlı fikir mübadiləsi aparır. Belə məsələnin müzakirə edilməsi çox mühümdür. Azərbaycan xalqını bu tədbirə ev sahibliyi etdiyi üçün təbrik edirəm. Azərbaycanda 40-dan çox etnik qrup sülh şəraitində yaşayır. Bu böyük uğurdur".
Mətləb