Tramp Baydenin Konqresdəki çıxışını tənqid etdi - Bayden Ukraynanı Putinə verdi...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkədə ABŞ Prezidenti Baydenin Konqresdəki illik çıxışına münasibət bildirib.
“Bu, qəzəbli, qütbləşdirici və nifrət dolu çıxış idi. O, immiqrasiyadan az danışdı. O, immiqrasiya məsələsini heç vaxt həll etməyəcək, istəmir də. Ölkəmizin miqrantlarla dolmasını istəyir. Cinayət indiyə qədər görmədiyimiz səviyyəyə yüksələcək və bu, çox sürətlə baş verir” – deyə sabiq prezident qeyd edir.
Tramp Baydenin Rusiya Prezidenti Putin və İranla bağlı mövqeyini də tənqid edib.
“O, Putinə qarşı durmadı, Ukraynanı Putinə verdi” - deyə Tramp bildirib.
Tramp qeyd etdiyi kimi, Bayden İranı zənginləşdirib, ona görə də Yaxın Şərqdə problemlər var.
TAHİR