"İslamofobiyadan danışanlar özlərinə baxsınlar" - Qətərin beyin mərkəzinin rəhbəri
İslamofobiyanı yaradanlar özlərinə əmin deyillər. Bu sözləri Qətər Universitetinin “Körfəz” Tədqiqatlar Mərkəzinin direktoru Mahjoob Ahmed Suleman Zveiri (Qətər) Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” mövzusunda aralıq sessiyada səsləndirib.
Beyin mərkəzinin direktoru diqqətə çatdırıb: “Min dörd yüz il və daha çox zaman kəsiyi sübut edib ki, İslam dini münaqişələrə, müharibələrə, qadınlara, uşaqlara və ümumiyyətlə, hər cür şiddətə qarşıdır”.
Münaqişələrlə bağlı danışan Mahjoob Ahmed Suleman Zveiri bildirib ki, islamofobiyadan danışanlar özlərinə baxsınlar və bizi radikallaşmağa sövq etməsinlər.
O, islamofobiya ilə mübarizə istiqamətində ali məktəb tələbələrinin bu ruhda tərbiyə edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
ZÜMRÜD