Bakı Uşaq və Gənclər Teatrı iki tamaşa təqdim edəcək
Milli Teatr Günü münasibətilə Bakı Uşaq və Gənclər Teatrında iki tamaşanın premyerası olacaq. 10 mart saat 13:00-da uşaqlar üçün "Qaraca qız" tamaşası Q. Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq. Bu barədə baki-xeber.com-a teatrdan məlumat verilib.
Qeyd olunur ki, 11 mart saat 19:00-da isə bütün teatrsevərləri gülüş dolu bir gün keçirməyə dəvət edirik. Fransız yazarı Raffi Şartın "Arvadım olun" tamaşasının premyerası isə Teatr Xadimləri İttifaqının tamaşa zalında keçiriləcək. Gəlin bayramlarımıza bayram qataq.
İradə SARIYEVA