"Qarabağ" - "Bayer" oyunu heç-heçə başa çatdı...
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Ağdamın “Qarabağ” komandasının Leverkuzenin “Bayer” komandası ilə ilk oyunu 2:2 hesabı ilə yekunlaşıb.
"Qarabağ" komandasının heyətində qolları Yasin Benzia (26-ci dəqiqə), Juninyo (45+2) vurublar. Almaniya təmsilçisinin heyəqində Florian Virtz (70), Patrik Şik (90+2) fərqləniblər.
Komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.
TAHİR