KÖHNƏ VERSİYA            

Şəhid(lər) haqqında ürək sözləri də fərqli olur... - Səkkizinci yazı

Image

Əli və İslam Əhmədov qardaşları haqqında çox deyilib, bundan sonra daha çox deyiləcək. Çünki onlar tarixə qəh­rəman qardaşlar - müharibənin ilk şəhid qardaşları ki­mi dü­şüblər...

...Məqam elə gətirib ki, şəhid qardaşlar haqqında qo­hum-əqrəbaları da ürək yanğısı ilə söz deyiblər... 

Onları təqdim edirik:

Süleyman Əhmədov:

- Əli və İslam haqqında danışmaq mənim üçün çox çə­tin­dir. Bizim uşaqlığımız bir keçib. Əli ilə birlikdə Ağ­dam­da tikintidə birlikdə işləmişik. Bir yeyib, bir yatmışıq. Bi­zim birlikdə çox gözəl günlərimiz olub. Əli yığımcıl, gələcəyi düşünən, çalışqan və ağıllı insan idi. Həyatda çətinlikləri çox olub. Ona görə də gələcəyinin yaxşı olamsı üçün çalışırdı. İslamla da birlikdə Qəbələdə fındıq bağında işləmişik. İslam çox saf, ürəyi təmiz uşaq idi. Hər za­man məsləhət alırdı. Amma öz bildiyini edirdi. Ona səhv­lərini desək də heç vaxt üzümüzə qayıtmayıb. Böyüyə hörmət edən uşaq idi. İslam hər evlərinə gələndə bizə də gə­lərdi. Söhbətləşərdik, uşaqlarla oynayardı. Axırıncı də­fə sentyabrın 19-u idi. Ad gününə görə yığışmışdıq. Ha­mı­mız dedik, güldük. O, anası ilə nəfəs alırdı. Müharibəyə gedəndə - anamdan mu­ğa­yat olun, - deyə bizimlə sağollaşdı... 

Təəssüf... Əli və İslamın itkisi çox ağırdı. İslam şəhid ol­maq istəyirdi. Arzusuna da çatdı. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Jalə Xəlilova:

- Mənə desəydilər ki, uşaqlığını birlikdə keçirdiyin qardaşların bir gün həyatda olmayacaq, onlar haqqında xatirələrini bölüşəcəksən, heç inanmazdım. Əli və İslamla uşaqlığımız çox gözəl keçib. Eyni yaşda böyüyən 10 uşaq. Tə­til­lərdə yığışan, gözəl xatirələri olan uşaqlar. Hər bayram olanda gəlirdilər... 

İslam hələ uşaq idi. Bir gün Novruz bayramında bizə gəldi papaq atmağa. Papağı stolun altına atdı və oturub yemək yeməyə başladı. Sonra isə anasına - papağıma heç nə atmadılar, - dedi və pis oldu (təbii ki, biz papağı görməmişdik). İslam çox hərəkətli idi. Çox qohumcanlı idi. Hər gələndə bütün qohumlara baş çəkirdi... 

Yenə hamımızın yı­ğış­dığı bir yay, əmim gəlmişdi əs­gər­likdən. Bütün uşaqları topladı apardı dağa, çayda çimməyə. Bir də baxdıq Əli yoxdu. Çay onu aparır. Əmim suya atıldı və Əlini çıxartdı. Çox qorxmuşdu... 

Bizim onlarla bağlı gözəl xatirələrimiz göz yaşlarıyla əvəz olundu. Çox təəssüf ki, biz uşaqlığımızdan qalan o şə­killərə artıq göz yaşı içində baxırıq. İçində onların da olduğu onlarsız xatirələr - şəkillər... Bizim görüşümüz av­qust ayında oldu... Nənəmiz rəhmətə getmişdi. Müharibə barədə söz-söhbət gedirdi. Bacımla mən Əlidən soruşduq: - Bu xəbər doğrudur? O, güldü və - bu, dövlət sirridi, -  dedi. Yəni, heç nə demədi. Səhəri gün evlərinə birlikdə getdik. Bibim və Əli toy barədə danışdılar. Sevinc xanım dedi ki, evlərinin təmiri bitəndən sonra toylarını edəcəm.

Əli və İslamın çətin uşaqlıq çağları olub. Öz zəhmətləri hesabına aldıqları evi göstərərkən gözlərindəki sevinc hisinin nə qədər parlaq olduğunu gördüm. Həyat onların da üzünə gülmüşdü. Əziyyətlərinin bəhrələrini dadacaqdılar... Onlar güclü uşaq idilər, eynilə, bibim Sevinc Əh­mə­dova da... 

Müharibənin başladığı zamanı dondurmaq istərdim o anı yaşamamaq üçün. O qədər “kaş ki...”lərimiz oldu ki, - kaş ki, belə olmazdı. Kaş ki, heç olmasa biri qalardı. Kaş ki, bir möcüzə olardı... 

Bir həyat bu qədər acımasız ola bilərdi mənə görə... Nə artıq, nə əskik... Bir ananın iki övladını böyütmək üçün çək­diyi əziyyətlər heç nə imiş. Xoşbəxt günləriymiş. Bun­ları yaşamaq, qəbul etmək  çox çətindir. Bir tərəfdən itirdiyim qardaşlarımın acısı, bir tərəfdən ananın çəkdiyi öv­lad acısı... Neçə-neçə analarımız övladlarının qoxusunu daş­dan almağa çalışırlar. Tək təsəlliləri budur ar­tıq... Bu, dö­zülməzdir... Allah heç bir anaya övlad acısı yaşatmasın. Bizim həm qürurumuz, həm ömürlük acımızdı onlar. Bi­zim qoruyacağımız, adlarını yaşadacağımız minlərlə sərvətimiz yatır torpağın altında. Torpaqların bütövlüyünü can­ları bahasına aldılar bizim igid, cəsur qəhrəmanlarımız. Canımız bahasına qorumalıyıq adlarını. Ən azından, haqlarını bizə halal etsinlər deyə...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Akif Qasımov, döyüş yoldaşı:

- Əhmədov Əli İlqar oğlu birinci taborda ximətə başladığı gündən mənimlə bir­likdə oldu. Posta da birlikdə çıxdıq. Həmin gündən onunla bir hərbçi, bir yoldaş kimi mü­na­sibət qurduq. O qədər gözəl tərbiyəyə, o qədər gözəl ürə­yə malik bir insan idi həqiqətən. Qardaş kimi olduq. Bir-birimizlə çox mehriban dost olduq. Aramızdan su da keç­məzdi. Mən çoxdandı postda olduğum üçün bir gün mə­ni aşağı düşürtdülər. Əli isə yuxarıda postda qaldı. Ye­ni­dən bizi yığdılar bir yerə - həmlə bölüyünə. Həmin bö­lük­də Əli ilə yenidən birlikdə olduq. Qismət elə gətirdi ki, 44 günlük Vətən müharibəsində də çiyin-çiyinə döyüşdük. Hətta döyüşə də bir yerdə girdik. Məndən arxada 4-cü adam Əli idi. Döyüşə girdiyimiz gün bir səs eşitdim. Dön­düm, arxaya baxanda gördüm ki, Əlini vurublar. Öz dos­tum, qardaşım üçün əlimdən bir şey gəlmədi. Mən onu ölü­mün əlindən ala bilmədim... (Bu gün də o anın peşimançılığını çəkirəm; qardaşım üçün nəsə edə bilmədim...) Uşaqlardan kömək etmək üçün yanında qalan oldu. Digər qrupa mən rəhbərlik edirdim deyə qabağa getmək məcburiyyətində idim. Həm də arxayın oldum ki, yanında kimsə var. Çox ağır yaralanmışdı, onu həyata qaytarmaq müm­kün deyildi...

Əli, yaşına baxmayaraq, insan kimi də, hərbçi kimi də, döyüşçü kimi cəsur idi. Həm ürəkli, həm mərd, həm tərbiyəli, həm mərifətli idi. Həqiqətən də bu gün onun haqqında ürəklə söz demək olur. Ancaq yoxluğuna dözmək çə­tin­dir... 

Bütün şəhid analarının və atalarının qarşısında baş əyir, əllərindən öpürəm. Xüsusən də Əli qardaşımın anasının əllərindən öpürəm ki, o cür tərbiyədə, o cür mərifətdə, o cür ağılda övlad yetişdirib. 

Allah rəhmət eləsin! Yeri cənnət, ruhu şad olsun!

Sultan Cəlilov, gizir, N saylı hərbi hissənin 6-cı bölü­yü­nün döyüş-maşın komandiri, heyət rəisi:

- Gizir kimi xidmətə başladığım anlarda müddətdən artıq hərbi qulluqçu İslam Əhmədovla tanış oldum. Mənim sürücüm olduğunu dedilər. Beləliklə, bizim tanışlığımız o vaxtdan başladı. İlk vaxtlarımda onun mənim xidmətimə bö­yük dəstəyi oldu. İslam çox cəsarətli, vətənpərvər hərbi qulluqçu idi. O, öz işinin öhdəsindən layiqincə gəlirdi. Biz İslamla birgə qoşunların taktiki təlimlərində və bir sıra di­gər təlimlərdə iştirakçı olmuşuq. İslam bu təlimlərdə də bir heyət kimi həmişə öz nümunəvi xidməti ilə özünü təsdiq edirdi. İslam döyüş texnikamızı daima döyüşə hazır və­ziyyətdə saxlayırdı. Günlərin bir günündə kafedə əyləşmişdik. Mən yemək sifariş etdim. İslam isə yemək yeməyəcəyini dedi. Sadəcə, çay içəcəyini söylədi. Yeməyi bi­tir­dikdən sonra ondan yemək yeməməyinin səbəbini so­ruş­dum. O, cavabında dedi ki, biz iki qardaşıq. Valid­eyn­lə­rim­dən tək bir anam var. Əli və mən istəyirik ki, evimizi bərpa edək və anamıza xoş günlər yaşadaq. Ona görə də mən çay ilə iştahımı, nəfsimi saxlayıram. Evimizin daha tez ərsəyə gəlməsini istəyirəm. Dediklərini eşitdiyim an­dan həqiqətən İslamın ailəsinə necə bağlı olduğunu anladım. İslamın anasına olan məhəbbəti məni heyran etdi. 

Yenə bir dəfə biz şöl çıxışında olarkən İslama bölük ko­man­dirindən zəng gəldi. Ona dərhal hərbi hissəyə qayıtmasını söylədi. O, həyəcanlandı və soruşdu ki, nə olub? Komandir onun N saylı hərbi hissəyə yerdəyişmə əmrinin gəldiyini bildirdi. O, sevincindən sanki qanad açıb uçdu, məni qucaqlayaraq dedi: “Cəlil, anama yaxın bir hissədə xidmətimi davam etdirəcəm. Bilirsən, bu, nə deməkdir?”. Mən də çox şad oldum. Sonra biz İslamla sağollaşdıq. 

İslamla yenidən İkinci Qarabağ müharibəsindən 5 gün əvvəl N saylı hərbi hissədə görüşdük. Dedi: “Cəlil, çox şü­kür bu günümüzə. İşlərim qaydasına düşür”... 

İslam da mənim kimi atasız idi. Onun hansı iztirablar çəkdiyi mənə yaxşı bəlli idi...

İkinci Qarabağ müharibəsində İslamın şəhid olduğunu eşitdim və inanmadım. Daha sonra öyrəndim ki, tək özü yox, qardaşı Əli də şəhidlik zirvəsinə ucalıb. Bu, bizim düş­­mə­nə olan nifrətimizi daha da artırdı. Çünki İslam və qardaşı anaları üçün arzuladığı o gözəl həyatı yaşaya bil­mədilər. Çox üzüldüm. Sarsıldım... 

Allahdan anamıza səbr, bütün şəhidlərimizə isə rəhmət diləyirəm.

Tərbiz Fətullayev, döyüş yoldaşı:

- Bir dəfə postda yatmışdım. Əli silahımı götürüb, xəbərim olmayıb. O, səngərdə həmişə oyaq olurdu. Yaxşılıq etdiyi zaman bildirməzdi. Söz verərdisə, əməl edərdi. Əs­gərlərə yemək paylayardı, axırda isə özü yeyərdi. Təkcə o idi ki, özündən əvvəl əsgəri fikirləşirdi. İstirahətdə olan za­man başımı sığallayardı. Oyanardım, görərdim ki, odur. Bu­­ra­xı­lışa gedəndə yay vaxtı soyuq sular gətirərdi. Bun­ları etməsəydi də biz bilirdik çavuş Əhmədov təmiz ürəkli, gözəl insandır. Şəhid olmasaydı belə, fəxr ediləsi oğul idi. Biz onunla tək indi yox, hər zaman fəxr etmişik. Allah onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Vətən deyib şəhid oldu. Tək təsəllimiz və qəbul etdiyimiz reallıq budur.  

Döyüş yoldaşının dedikərindən: 

- Döyüş başlayan gün Əli və İslamı qruplara ayırdılar. Əli bi­zim manqa komandirimiz idi. Döyüş çox ağır keçirdi. Ba­şımızn üstündən yağış kimi yağan güllələrin, minamyot mərmilərinin ardı-arası kəsilmirdi. Biz döyüşə-döyüşə irəliləyirdik. Əli çox mərd və ürəkli oğlan idi. Döyüş zamanı o, qarşı tərəfin snayper atışı nəticəsində ayağının arxasından yüngül yaralandı. Mən ona dedim ki, geriyə qayıt, yarana baxsınlar. O, razı olmadı. Döyüş yoldaşlarımız irəli getdilər. Mən Əli­nin yanında qaldım. Sonra biz səngərə düşdük. Snayper gülləsi Əlinin bud hissəsini parçalamışdı. Mən Əlinin ayağını sarıdım. Nə qədər dedim ki, yardım gözləyək, bu vəziyyətdə döyüşə bilməzsən, Əli razılaşmadı. Yenidən döyüşə girdik. Biz irəliləyirdik, ancaq Əli məni qabağa keçməyə qoymurdu. Deyirdi ki, sən məndən yaşca balacasan, məndən arxada gəl. Beləcə, qarşımıza çıxan düşmənləri zərərsizləşdirirdik. Bir müddət keçdikdən sonra Əli ikinci dəfə yaralandı. Bu dəfə o, biləyindən snayper yarası aldı. Bu dəfəki yarası çox ağır idi. Biləyi qırılmşıdı. Mən ona dedim ki, Əli, artqı bəsdir, gəl yardım gözləyək, o, yenə də mənimlə razılaşmadı. Qolunu sarıtdırdı və boynuna keçirtdirdi. Yenidən döyüşərək irəliləməyə başladı. Qarşımıza yenidən bir neçə erməni çıxdı. Bir müddət onlarla yaxın məsafədə vuruşduq. Əli döş qəfəsindən vuruldu. O, yerə yıxıldı. Bu dəfə daha ağır yaralandı. Sonra mən də yaralandım, onun yanında uzandım. O, həmin an artıq kəlmeyi-şəhadətini deyirdi. Dedi və gözlərini əbədi yumdu. O an bizim yanımıza minamyot mərmisi düşdü. Gözümü açanda gördüm ki, təcili yardım maşınındayam. Tibb işçilərinə dedim ki, Əlinin yarası ağırdır, ona təcili yardım edin. Duruxdular...  

Sonra öyrəndim ki, Əli şəhid olub... 

Əli belə cəsur döyüşçü idi. Bir neçə dəfə yaralanmasına baxmayaraq döyüşdən çəkilmədi.

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031