KÖHNƏ VERSİYA            

İstiləşən iqlim - El-Nino fenomeni bəşəriyyəti məhvə aparır...

Image

El-Nino quraqlığı Filippinin kənd təsərrüfatı sektoruna 18,9 milyon dollar zərər vurub. Bununla yanaşı, El-Ninonun 23 mindən çox fermer və balıqçıya təsir etdiyi, ölkənin beş bölgəsində təxminən 18 min hektar əkin sahəsinə zərər vurduğu açıqlanıb.

Filippin statistika təşkilatı ölkədə illik inflyasiyanın fevral ayında 3,4 faizə yüksəldiyini bildirib. Düyünün qiymətində 23,7 faizlik bahalaşma 2009-cu ilin fevralından bəri inflyasiya səviyyəsinə ən çox təsir edən amil olub. Məlumatda, həmçinin qeyd olunur ki, hökumət El-Nino fenomeninin təsirlərini yumşaltmaq və inflyasiya səviyyəsini nəzarətdə saxlamaq üçün səylərini daha da gücləndirir. Amma El-Nino fenomeni təkcə Filippinə təsir etmir. Qlobal iqlim dəyişikliyinin fəsadlarından biri olan bu fenomen dünya üçün təhdid yaradır. “Scientific Reports” jurnalı yazır ki, dünyanın bir sıra bölgələrində davam edən El-Nino fenomeni nəticəsində 2024-cü ilin iyun ayına qədər rekord istilik müşahidə oluna bilər. 

Klimatoloqlar 2023-2024-cü illərdə El-Ninonun 1951-1980-ci illərin orta göstəricisi ilə müqayisədə bu il orta səth hava temperaturunda regional dəyişikliklərə təsirini modelləşdiriblər. Mülayim El-Nino ssenarisinə əsasən, Benqal Körfəzi və Filippində bu müddət ərzində orta səth hava temperaturu qeydə alınacağı proqnozlaşdırılır. Güclü El-Nino Karib dənizi, Cənubi Çin dənizi, Amazon və Alyaska ərazilərində rekord orta səth   hava temperaturuna səbəb olacaq. Müəlliflər xəbərdarlıq edirlər ki, rekord orta temperatur, çox güman ki, regionların həddindən artıq istiliyin təsirləri ilə mübarizə aparmaq qabiliyyətinə təhlükə yaradacaq. 

El-Nino 2023-cü ilin yayının əvvəlindən  güclənən sirli iqlim hadisəsidir. Onun mahiyyəti ondan ibarətdir ki, bir neçə ildən bir Sakit okeanın ekvator hissəsində suyun səthi adi haldan 2-3 dərəcə isti olur. Nəticədə, atmosfer təzyiqi, rütubət və hava sirkulyasiyası dəyişir və onlarla birlikdə bütün dünyada hava dəyişməyə başlayır. Aylarla davam edə bilən dəhşətli istilik dalğaları Yer kürəsinin bir çox ərazilərinə yuvarlanır. Bu hal ərzaq təminatına da təsir edir. Gübrə və taxıl qiymətləri 2022-ci ildə pik həddinə çatdıqdan sonra kəskin şəkildə aşağı düşsə də, qlobal taxıl bazarı təkcə geosiyasi gərginliklərin deyil, həm də iqlim dəyişikliyinin təhlükəsi altında qalır. Güclənən El-Nino qlobal temperaturu rekord səviyyələrə çatdırmaqla  hədələyir və Cənubi,  Cənub-Şərqi Asiyada, eləcə də Avstraliyada quraqlığa, Braziliya və Argentina da daxil olmaqla Latın Amerikasında daşqınlara səbəb ola bilər. El-Nino şəraitində “Asiya getdikcə quruyur” və Cənubi Amerika “həddindən artıq yağış”la qarşılaşır. Klimatoloq Andrey Kiselyov qeyd edib ki, El-Nino “qeyri-müntəzəm intizamla” baş verən hadisədir: bəzən iki ildə bir, bəzən isə yeddi ildən bir olur. Nəticədə, hər şey ona gətirib çıxarır ki, ekvator zonasında su sahəsinin bir hissəsi istiləşəcək və bu, təxminən 9-12 ay davam edəcək. Belə hal, məsələn, 2016-cı ildə artıq baş verib. Kiselyov izah edib ki, temperatur bir neçə faktorla yüksəlir. Onlardan biri antropogen istiləşmədir ki, bu da bəşəriyyətin ümumi enerjisi hesabına əlavə istixana qazlarının kütləsinin buraxılması ilə bağlıdır. Digər səbəb iqlim sisteminin daxili dəyişkənliyidir. Bu amillərin birləşməsi, ekspertin fikrincə, El-Nino effektini gücləndirir. Lakin ondan sonra cənub dəyişkənliyinin növbəti mərhələsi baş verir, yəni  La-Nina fenomeni yaşanır: “İndi yeni dövrdür, El-Ninonun yeni gəlişi müşahidə olunduğu üçün yaxın aylarda temperaturun əhəmiyyətli dərəcədə artması və yeni isti rekordları gözlənilir”.

La-Nina El-Ninoya zidd olan atmosfer şəraitinə aiddir və adətən soyuq dəniz sularının Şərqə doğru hərəkətinə səbəb olur. Bu iki hadisə bir-birinə bağlıdır və qlobal iqlimə təsir göstərir. Hazırda qeydə alınan El-Nino zamanı atmosferdə təzyiq dəyişiklikləri baş verir. Normalda, yüksək atmosfer təzyiqi sahəsi İndoneziya üzərində yerləşir, lakin El-Nino zamanı bu ərazi Qərbə doğru dəyişir. El-Ninonun təsiri ilə adətən yağışlı ərazilərdə quraqlıq və eyni zamanda normal quru bölgələrdə həddindən artıq yağıntı baş verə bilər. Bundan başqa, El-Nino okean temperaturunun dəyişməsi səbəbindən dəniz həyatına əhəmiyyətli təsir göstərir. Bəzi balıq növləri normal yaşayış yerlərini tərk edir və dəniz ekosistemlərində dəyişikliklər qeydə alınır. Ən əsası, El-Nino həddindən artıq yağış, quraqlıq, istilik dalğaları və digər hava hadisələri kimi şərtlər səbəbindən təbii fəlakət risQini artırır. Bu, daşqınlar, yanğınlar, eroziya və digər mənfi təsirlərlə müşayiət olunur. İspan dilindən "kiçik oğlan" və ya "Məsih uşağı" kimi tərcümə olunan El-Nino Yer daha da isindikcə şiddətli xarakter alır. El-Ninonun faktiki dövrü dəyişməz qalsa belə, Yer istiləşməyə davam etdikcə onun təsiri getdikcə daha aydın görünür. El-Nino hadisələrini başa düşmək və proqnozlaşdırmaq iqlimşünaslar və meteoroloqlar üçün çox vacibdir. Çünki bu, onlara əlaqədar hava anomaliyalarını və onların kənd təsərrüfatı, su ehtiyatları və fəlakətlərin idarə edilməsi də daxil olmaqla insan fəaliyyətlərinə potensial təsirlərini qabaqcadan görməyə və hazırlamağa kömək edir.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031