KÖHNƏ VERSİYA            

VƏTƏNİN MÜDAFİƏSİNƏ TƏLƏSƏN ŞƏHİD POLİS

Image



“Bu hadisələr baş verənə qədər elə bilirdim, Rasim yalnız bizim ailənin övladıdır, amma dəfn mərasimindəki izdihamı görəndə anladım ki, o, bütün Azərbaycan xalqının oğludur. Bir övlad kimi heç vaxt başımızı aşağı edən, utandırıcı hərəkəti olmayıb. Onun haqqında keçmiş zamanda danışmaq sadəcə, mümükün deyil...”

Şəhid polisin anası Xuraman müəllimə danışır, bizsə susuruq... Bu, 44 günlük Vətən müharibəsindən və 23 saatlıq antiterror tədbirlərindən sonra şəhid ailəsində ən ağır, üzücü görüşlərimdən biridir. Bütün sözlər “xərclənib”, təsəlli tükənib, göz yaşları quruyub... Hamımız cansız heykələ dönmüşük sanki, otaqda bir boşluq, səhra tənhalığı və uğultu var, Qarabağdan, Xocavənddən əsən küləklərin səsidir elə bil... Bir də yuxu qovuşuğu, xəyali səadət, heç də uzaq olmayan ilğımvari görüntülərin qısaboylu sevinci – sanırsan ki, lap yaxındadır, əlini uzatsan çatacaq... Amma yox, sən gedirsən, o da uzaqlaşır, çevrilib baxır, gülümsəyir, qayıtmaq istəyir, sonra nədənsə fikrini dəyişir... Əlini yelləyir, sənə “gəlmə, geri dön” deyir, özü isə qayıtmır... Beləcə, bir ömür kino lenti kimi dolanıb keçir – Rasim doğulur, böyüyüb boya-başa yetir, ailə qurur, övlad sahibi olur, şəhidlik məqamına yüksəlir...

Şəhidin atası Oktay kişi təmkinli, ağır təbiətli, dünyagörmüş adamdır, bu ağır itki onu bir az da qaradinməz edib. Yenə də az danışdı, oğluyla evdəki sonuncu söhbətini dilə gətirdi: “Bundan əvvəl də 3-4 dəfə işğaldan azad olunmuş ərazilərə gedib. Axırıncı dəfə sentyabrın 19-da yola çıxmağa hazırlaşırdı. Getməmişdən əvvəl yanıma gəldi. Mən ona ürək-dirək verdim. Dedim, “qorxma, cəsarətlə get. Bu bizim son döyüşümüz olacaq, Xankəndiyə bayraq sancacağıq. Mərd ol, özünü qoru, sağ-salamat geri qayıt!” Onu belə yola saldım. Bir də axırıncı dəfə axşamüstü, saat 4-5 radələrində zəngləşdik. Dedi ki, “danışa bilmirəm, yoldayıq”. Bu, sonuncu söhbətimiz oldu... Şəhid olandan sonra komandiri mənə söylədi, telefonda  göstərdi ki, necə dürüst, vətənpərvər, şən imiş, ətrafı ilə qayğıkeş ünsiyyət qururmuş. Mən hələ bu yaşacan oğlumun ətrafı ilə belə münasibətdə olduğunu görməmişdim. Özüm onu indi tanımağa başlamışam... Bunları gördükcə həm kədərlənirəm, həm də fəxr edirəm ki, Rasim bizə - öz valideynlərinə layiq övlad kimi böyüyüb. Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə, ümumiyyətlə xalqımıza da minnətdarlığımı bildirirəm ki, belə çətin məqamlarda bizi tək qoymadılar”.

“Mən daim şəhid ailələrini dəvət edib məktəbdə tədbirlər keçirmişəm. İndi həmin analar mənə dəstək olmağa, ürək-dirək verməyə gəlirlər” – deyə, Xuraman ana söhbəti davam etdirir: “Həmişə millətimizin balalarını sinəmə sıxmışam, onlara qayğı göstərmişəm. İndi oğlum öhdəmizdə çox ağır yük qoyub getdi -  iki övladı bizə yadigar qalıb. Rasimin qoxusunu, hərarətini onlardan almağa çalışıram...”

Şəhidin əmisi Aydın Məmmədov da qardaşına, qardaşının həyat yoldaşına bir daha təskinlik verməklə, bütün şəhidlərimizin valideynlərinə səbr, dözüm arzulamaqla söhbətə qoşulur, Vətən savaşında Azərbaycan gənclərində aşıb-daşan vətənpərvərlik duyğularının heyrətamizliyindən danışır. Düşmənin 30 iilik işğal dövründə Qarabağı unutdurmaq istəyinə, beynəlxalq güclərin bu istiqamətdə yeritdikləri siyasətə, olkəmizə qarşı ikili mövqeyə rəğmən, xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşərək haqq savaşına qalxdığını və tarixi Zəfərə imza atıldığını, eyni vəhdət, coşqu və müdafiə ilə də ərazi bütövlüyümüzü qoruyub saxlamağın vacibliyini vurğulayır.

Məmmədov Rasim Oktay oğlu 1987-ci il oktyabrın 8-də Bakı şəhəri Xətai rayonunda doğulmuş, 254 nömrəli məktəbdə oxumuşdu. Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Silahlı Qüvvələrimizin sıralarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmətə başlayıb. 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhidlik zirvəsinə ucalıb. Ertəsi gün Şüvəlan qəbiristanlığında torpağa tapşırılıb. Rüstəm və Rəsul adlı iki oğlu yadigar qalıb.

Evində yaradılmış guşədə şəhidin fotoları, əşyaları, forması var. Məzarından götürülmüş torpaq və şəhid olan anda dayanmış qol saatı da diqqət çəkir. Həyat yoldaşı Nigar Məmmədovanın bildirdiyinə görə, həmişə hər yerə tələsən Rasim sonuncu dəfə sentyabrın 18-də evə tələsik gəlib, lazım olan əşyalarını toplayıb, yalnız anası və övladları ilə sağollaşa bilib: “Çox yaxşı insan idi, yoldaş idi, ata idi. Yanımda olanda sanırdım dağa söykənmişəm, hər şey yaxşıdır, mənə heç nə ola bilməz. Bəzən gecə növbəsində qalırdı, elə bil, evdə nəsə çatışmırdı. 12 il evli olduq, bu müddət ərzində şirinli-acılı o qədər şeylər yaşadıq ki... Düz 12 ildir axşam saat 8-də işdən gəlirdi. İllərdir vərdiş etdiyim kimi hər saata baxanda gözümə 19:45 görünür. Düşünürəm ki, Rasim 15 dəqiqəyə çatacaq, hər şey hazır olmalıdır...” 

O, işğaldan azad olunan torpaqlara polis əməkdaşı kimi ezam edilmişdi. Və hər dəfə həmin müqəddəs ünvana - Azərbay Canımızın Qarabağ adlı bir parçasına böyük ruh yüksəkliyi ilə, sanki uça-uça gedirdi. Şübhəsiz ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün təmini nə qədər şirin, qürurvericidirsə, itkilərimizin açısı da o boyda ağrılı, yanğılı, təəssüf doğurandır. Vətən canımız, vücudumuz mərd, qorxmaz oğulların canı, qanı, bədənlərinin bir  hissəsi qurban verilməklə bütövləşdi, tamamlandı, azadlığa qovuşdu... 

Və mən həmişə xidməti borcunu yerinə yetirməyə tələsən onlardan – 2023-cü il sentyabrın 20-də Vətənin isti qucağına tapşırılıb aramlıq, rahatlıq tapan 8 şəhid polisdən biri,  Çevik Polis Alayının çavuşu Rasim Oktay oğlu Məmmədov haqqında söhbət açdım. Biz isə hələ çoxuq, Qorqud Atanın təbirincə desək, “qurtarmadıq, hələ varıq, olacağıq, qalacağıq...”

Xuraman xanım danışır ki, sonuncu səfərindən əvvəl gəldi, görüşdük. Ananın övladına ürək sözü nə ola bilər ki, tapşırdım, ehtiyatlı olun. Dedi, “neçə dəfə getmişik, bu dəfə də sağ-salamat qayıdacağıq, ürəyini buz kimi saxla”. 

Oğlunun şəhadətindən sonra yuxusu ərşə çəkilib ağbirçək müəllimənin, hər gecə o ümidlə yatır ki, bəlkə onu röyasında görər: “Yatıram ona görə ki, bəlkə, yuxuma gələr. Hər səhər oyananda deyirəm, ay bala, yenə səni görə bilmədim. Qohumlardan kimin yuxusuna gəlibsə, hamısına “anam ağlamasın” deyib. Bəli, polis çavuşu Rasim Məmmədov həmişəki kimi, yenə də vədinə xilaf çıxmadı, verdiyi sözə sədaqət göstərib qayıtdı. Amma bu dəfə daha uca və şərəfli adla, müqəddəs Azərbaycan bayrağına bükülmüş pak Şəhid kimi...


Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031