KÖHNƏ VERSİYA            

Bakıda Azərbaycan-Fransa Universiteti nəyimizə lazımdır?!.

Image

Məhərrəm Zülfüqarlı: “Makronun yürütdüyü ziyanlı siyasətə görə, hesab edirəm ki, Azərbaycan-Fransız Universitetinin fəaliyyəti nəzərdən keçirilməlidir”

Fransanın Azərbaycana qarşı düşmənçiliyi hər addımda özünü büruzə verir. Diqqət çəkən odur ki, bizi özünə düşmən sayan Fransada Azərbaycan dəyərlərinə qarşı açıq hücumlar baş verir, amma fransız hökumətinin tükü də tərpənmir. 

Xurşidbanu Natəvanın Fransanın Evian-le Ba şəhərində qoyulan abidəsinin başına gətirilən oyunlar buna kiçik bir misaldır. Az qala hər gün təhqir olunan, vandalizmə məruz qoyulan abidə indi Parisə gətirilib. Fərqi nədir, məkan dəyişsə də, şovinizm, ksenofobiya, zorakılıq, vandalizm niyyətləri dəyişməyib ki…

Azərbaycan-Fransa əlaqələrini araşdırdıqda görürük ki, Makron hökumətindən əvvəl humanitar-mədəni sahədə əlaqələr olub. Hətta 2016-cı ildə Bakıda Azərbaycan-Fransız Universiteti (Azərbaycan-Fransa) açılıb. Hazırda bu ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərir. Bir məsələ də var ki, bu universitet Azərbaycanın dövlət büdcəsindən maliyyələşir. Həm Azərbaycan-Fransız universiteti, həm də digər bu qəbildən olan ali məktəblər Azərbaycan dövlətinin büdcəsindən maliyyələşməməlidir, onlar özəl ali məktəb kimi öz maliyyəsini özü təmin etməlidir. Biz Azərbaycan-Fransız universitetinə maliyyə ayırırıq, Fransa da bizə qarşı açıq düşmənçilik siyasəti yeridir. Bunu necə anlamaq olar? Bu necə mədəni-humanitar münasibətdir ki, biz qarşılığında düşmənçilik, nifrət görürük, erməni separatizminə dəstək görürük, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd cəhdləri görürük? Azərbaycan öz ərazilərini işğaldan azad edib, amma Fransa hələ də separatizmi alovlandırmaq, Ermənistanı yeni işğala həvəsləndirmək sevdasındadır. Bu halda, Azərbaycan-Fransa Universitetinə nə ehtiyac var? 

“İctimaiyyət də hesab edir ki, Azərbaycan-Fransız Universitetinə ehtiyac yoxdur” 

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan-Fransız Universiteti  Azərbaycan Prezidenti İlham Əliyevin və Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılıb, bu ali məktəb yaradılanda Azərbaycanla Fransa arasında əlaqələr bu şəkildə deyildi. “O dövrdə Fransa Azərbaycana qarşı indiki kimi davranmırdı, münasdibətlər tamamilə başqa cür idi. Düzdür, onların həmişə ermənipərəstliyi olub, amma indiki şəkildə açıq büruzə verilmirdi. Demək istəyirəm ki, Azərbaycan-Fransız Universiteti Makrondan əvvəlki hökumətin dövründə yaradılıb. Məqsəd də qarşılıqlı humanitar əlaqələrin gücləndirilməsi olub. Fransada Natəvanın heykəli açıldı, İncəsənət muzeyində də Natəvanla Dümanın görüşünü əks etdirən heykəl var. Makrona qədər vəziyyət bir qədər fərqli idi. Amma indi Fransa Azərbaycana qarşı açıq düşmənçilik siyasəti aparır. Bu halda hesab edirəm ki, Fransa və Azərbaycan arasındakı mədəni, humanitar məsələlərə yenidən baxılmalıdır. Makronun apardığı siyasət təkcə siyasi istiqamətdə deyil, mədəni və humanitar sahədə də ziyanlıdır. Sual yaranır ki, Fransa bizə qarşı düşmənçilik, kin bəslədiyi halda bu ölkə ilə müştərək universitetin qalmasına nə ehtiyac var?  Makronun yürütdüyü ziyanlı siyasətə görə, hesab edirəm ki, Azərbaycan-Fransız Universitetinin fəaliyyəti nəzərdən keçirilməlidir. Çünki ictimaiyyət, ziyalılar arasında da xeyli sayda insanlar var ki, bu ali məktəbin qalmasının əleyhinədir. Fransa nə qədər ki, antiazərbaycan siyasətindən əl çəkməyib, bu universitetin fəaliyyətinə də ehtiyac yoxdur. Makron hökuməti bizə düşmənçilik edir, beynəlxalq qurumlarda əleyhimizə kampaniya aparır, qətnamə qəbul etdirir, biz də onlarla təhsil sahəsində əməkdaşlıq edirik, bu yolverilməzdir. İctimaiyyət də hesab edir ki, Azərbaycan-Fransız Universitetinə ehtiyac yoxdur. Bu universitetin dövlət büdcəsindən maliyyələşməsi də dayandırılsa yaxşı olar”-deyə qeyd edən M.Zülfüqarlı bu yaxınlarda Milli Məclisin Fransa ilə bağlı qəbul etdiyi sənədi xatıralatdı və bildirdi ki, Frsansa öz ziyanlı mövqeyindən əl çəkməyincə, təhsil sahəsində də əməkdaşlıq nəzərdən keçirilməlidir. 

M.Zülfüqarlı hesab edir ki, ümumiyyətlə, ölkəmizdəki xarici ölkə universitetlərinin filiallarının hər biri özəl ali məktəb kimi fəaliyyət göstərməlidir. O qeyd etdi ki, inkişaf etmiş Qərb ölkələrinin universitetlərinin Azərbaycanda filiallarının olmasına, xarici ali məktəblərlə təhsil sahəsində əməkdaşlığa müsbət yanaşmaq olar: “Amma bir şərtlə ki, bunlar özəl universitetlər olsun. Azərbaycan qanunlarına uyğun olaraq müəyyən qurum müraciət etsin və ona uyğun şəkildə də öz maliyyəsini təşkil etsin, ora tələbələr müraciət edib oxusunlar. 

Yenə də deyirəm, Azərbaycan-Fransız universiti o zaman açıldı ki, hələ onda Fransanın Azərbaycana qarşı mövqeyi düşmən mövqeyi deyildi. Azərbaycan-Fransa münasibətləri müsbət yöndə inkişaf edirdi. Azərbaycan tərəfi Fransada bir sıra abidələri bərpa edirdi, Azərbaycan rəsmilərinə Fransanın mükafatları verilirdi, təltiflər olunurdu. Amma bunlara baxmayaraq, universitetlərin yaradılması Azərbaycan qanunvericiliyi ilə tənzimlənməlidir. Xarici universitetlər özəl şəkildə fəaliyyət göstərməlidir. Bizdə Rusiyanın bir neçə universitetinin filialları var, bu da ya özəl olmalıdır, ya da Rusiyanın büdcəsi hesabına ola bilər. Xarici universitetlərin filiallarının yaranması müsbətdir, amma bir şərtlə ki, onlar Azərbaycanın dövlət büdcəsindən maliyələşməsinlər” - deyə M.Zülfüqarlı qeyd etdi. 

M.Zülfüqarlının fikrincə, bu ali məktəblərdən yalnız Türkiyə-Azərbaycan Universiteti dövlət büdcəsindən maliyyələşməlidir, çünki bu bizim üçün çox əhəmiyyətlidir: “İndi Türkiyə-Azərbaycan Universiteti yaradılacaq, bu artıq istisna təşkil edir. Çünki qardaş ölkədir, bu müştərək səylə, təşəbbüslə yaranıb”. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031