Emin Hüseynov Ağdam, Füzuli və Xocavənddə Prezidentin xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Sənədlə “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” sərəncam ləğv edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.