Macarıstan Olaf Şoltsdan razı qalıb - Ukraynaya “Taurus” raketlərini vermədiyinə görə
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “RİA Novosti”yə açıqlamasında bəyan edib ki, Almaniya kansleri Olaf Şolts Ukraynaya “Taurus” uzaqmənzilli raketlərini verməkdən imtina edərək ağıllı hərəkət edib.
“Düşünürəm ki, kanslerin dedikləri guya bəzi hərbi rəsmilərin dediklərindən daha vacibdir”, – Siyarto deyib. Nazir Şoltsun davranışını məsuliyyətli və ağıllı adlandırıb.
Mətləb Salahov