"İctimai nəqliyyata üstünlük verin" - DYP futbol azarkeşlərinə müraciət etdi
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi bu gün keçiriləcək “Qarabağ”-“Bayer Leverkuzen” oyunu ilə bağlı futbol azarkeşlərinə müraciət edib. Müraciətdə oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
Qeyd edilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb.
“Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”, - müraciətdə deyilir.
Mətləb