Putin III Dünya Müharibəsinə hazırlaşır - ruslar “qiyamətin səsi”ni eşitdilər...
Ukraynaya hücumları başlayandan bəri Qərb dövlətləri və NATO-ya qarşı nüvə müharibəsi təhdidlərini artıran Rusiya lideri Putin III Dünya Müharibəsinə hazırlaşmağa başlayıb. İki gün əvvəl Rusiyada ümummilli fövqəladə testin keçiriləcəyi açıqlanıb. Dünın səhər milyonlarla rus “qiyamətin səsi”nə oyanıb.
Putin dediyini etdi və bu Şeytan-2 olaraq xarakterizə edilən, qarşısıalınmaz “Sarmat” nüvə raketinin sınaqdan keçirilməsi kimi qiymətləndirilir. Bu zaman Rusiyanın bir çox şəhərlərində həyəcan siqnalı səsləri eşidilib.
Putin bu yaxınlarda NATO qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı müzakirələrlə bağlı açıqlamalar verərkən nüvə hədəsi ilə çıxış edib.
"Nəticələr işğalçılar üçün daha faciəli olacaq. Bizim onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var. Onlar anlamırlar ki, nüvə münaqişəsi təhlükəsi var? Strateji nüvə qüvvələrimiz tam hazır vəziyyətdədir. Güclü Rusiya olmadan möhkəm qlobal nizam mümkün deyil" - Rusiya lideri deyib.
TAHİR