Ermənistan KTMT-dən çıxır, 102-ci bazanı və rus sərhədçilərini çıxarır...
Erməni mediası indi də rus sərhədçilərinin bu yaxınlarda təxribat törədilmiş Nerkin hand qəsəbəsindən çıxarılmasını gündəmə gətirib.TŞ katibi Armen Qriqoryan Yerevan aeroportundan rus sərhədçilərinin çıxarılması barədə müraciət edildiyini deyəndən sonra Nerkin Hənd gündəmə gəlib.
Bu barədə verilən suala Qriqoryan " xeyr, bu məsələyə baxılmır" cavabını versə də , bunun sona qədər belə qalacağı inandırıcı deyil.Elə bir vaxtlar Qriqoryan Zvartsnots aeroportu barədə də belə deyirdi. Bu gün reallaşır.
Maraqlı açıqlamalardan birini Zatulin verib. O deyib ki, Ermənistan bizim öncədən dediklərimizin hamısını edir." Bundan sonra isə KTMT- dən çıxış və rus bazasının Gümrüdən çıxarılması gündəmə gətiriləcək " - deyə Zatulin bildirib.
Nahid Salayev