KÖHNƏ VERSİYA            

Azərbaycan dili öyrənənlərin bacarıqları niyə milli standartlarla ölçülmür? - Abbaszadənin mübahisəli qərarı...

Image

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsi prioritet məsələ kimi müəyyən edilib. 

Bu məqsədlə Dövlət İmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək. DİM sədri “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqramın artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirildiyini qeyd edib.

“Proqrama müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib. Bu proqram və imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR – The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib”.

Azərbaycan dili öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında müəyyənləşdirilməsi nə deməkdir? Bu nə dərəcədə düzgün yanaşmadır ki, bizim dilin dil bacarıqlarının öyrənilməsinin səviyyələri beynəlxalq standartların əsasında öyrənilir? Bu düzgündürmü? Bunu milli standartlar əsasında müəyyənləşdirmək daha doğru olmazmı?

Məzahir Məmmədli: “Biz öz səviyyəmizdə münasibət bildirə bilərik ki, bu yanlışdır” 

Təhsil eksperti Məzahir Məmmədli “Bakı-Xəbər”ə şərhində “Bildiyiniz kimi, Azərbaycanda bir çox məsələlərin adında milli sözü var: məsələn, Milli Elmlər Akademiyası, Milli Onkologiya Mərkəzi və sair. Hesab edirlər ki, “milli” sözünü hər bir sözün qarşısına əlavə etməklə bu məsələni milliləşdirmək olar. 

Hesab edirəm ki, birincisi, DİM rəhbəri özü də daxil olmaqla, DİM-in mətbuata danışan rəsmiləri Azərbaycan dilində səlis danışmağı, sözləri düzgün ifadə etməyi bacarmalıdır. Bu bir nömrəli məsələdir. Təəssüflər olsun ki, DİM-lə bağlı bu məsələdə problem var. Məsələnin özünə gəlincə, dilin beynəlxalq standartlar səviyyəsində öyrənilməsi anlayışı bir qədər anlaşılmazdır. Yəqin dilçilər də bu məsələyə reaksiya verəcəklər. Hər bir dilin özünün milli kökü, qohum olduğu dillər var. Amma burada dillə bağlı bu cür ifadələr seçmək olmaz. Dil daha çox milli məsələdir. Dövlət qurumları bu məsələyə qarışmalıdırlar. Biz öz səviyyəmizdə münasibət bildirə bilərik ki, bu yanlışdır. Bunu əsaslandıra bilərik. Amma bunun daha ciddi şəkildə əsaslandırılması üçün dilçi mütəxəssislərin  reaksiyasına ehtiyac var. Demək istəyirəm ki, bu cür ifadələrin seçilməsi absurddur. Yeri gəlsə, hətta bir məsuliyyət də var” - deyə bildirdi. 

Könül Nəhmətova: “Burada dilin tədrisinə  kommunikativ yanaşma var”

Təhsil İnstitutunun Əlavə təhsilin məzmunu şöbəsinin müdiri,  filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova isə “Bakı-Xəbər”ə şərhində məsələyə başqa cür yanaşdı. Şöbə müdiri bildirdi ki, bu tamamilə qanunauyğundur və  burada qüsurlu heç bir şey yoxdur: “Dilimizin beynəlxalq tələblər çərçivəsində öyrənilməsi məsələsi o demək deyil ki, bizim dilimizə hansısa müdaxilə olacaq. Bunun heç bir qorxusu yoxdur. Sadəcə, burada dilin tədrisinə  kommunikativ yanaşma var. Əvvəllər dil yalnız qrammatika əsasında öyrədilirdi, dərsliklərdə dilçilik səviyyəsində qramatika təqdim olunurdu. İndi isə Azərbaycan dili ünsiyyət çərçivəsində öyrənilir. Azərbaycan dili işlək bir dil kimi öyrədilməlidir. Beynəlxalq standartlar, tələblər deyəndə, burda əsas məqsəd şagirdin dil qaydalarını əzbər bilməsi deyil, əsas məqsəd şagirdin yazılı və şifahi nitqinin formalaşması, bu dilin onun üçün hər səviyyədə işlək olmasıdır. Onun dil bilgiləri bütün səviyyələrdə - elmi, publisistik, bədii yaradıcılıq, gündəlik məişət səviyyəsində ünsiyyət bacarıqlarını formalaşdırmalıdır. Məqsəd budur. Burada qeyri-adi heç nə yoxdur. O tələblər həqiqətən də çox vacib və yerində olan məsələdir. Artıq neçə ildir qərar verilib, biz bu dərsləri   şagirdlərin nitqini formalaşdırmaq üzrə   aparırıq. İndi buna nə qədər nail olmuşuq, bu başqa məsələdir. Təəssüf ki, bəzi məqamlarda ciddi boşluqlarımız var. Amma bu o çərçivənin, tələbin problemi deyil. Bu bizim mütəxəssislərin bunu anlayıb qənaətbəxş şəkildə ortaya qoymaması ilə bağlı problemdir. Standartlar o tələbləri nəzərə alır, burada şagirdin ünsiyyət bacarıqları, yazılı, şifahi nitq bacarıqları və dil qaydalarına düzgün riayət məsələləri nəzərdə tutulur”.

K.Nəhmətova bildirdi ki, ola bilsin, bu standartlar kənar auditoriyalara çox da məlum deyil. O hesab edir ki, tədris prosesinin içində olmayanlar bu standartları fərqli qəbul edə bilər. Şöbə müdirinin sözlərinə görə, ancaq müəllimlər, standartlarla, dərsliklərdəki müasir yanaşmalarla tanış olan valideynlər və digərləri üçün burada heç bir problem yoxdur.   

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031