Antoni Blinken açıqladı: - xanım müavini istefaya gedir...
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsini tərk edəcək. Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken açıqlama yayıb.
“Viktoriya Nuland mənə dedi ki, yaxın həftələrdə Dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsindən ayrılmaq niyyətindədir. Bu postda ikən, o, Prezident Co Baydenin diplomatiyanı xarici siyasətimizdə mərkəzi mövqeyə qaytarmaq, ölkəmiz və bütün dünya üçün kritik bir dövrdə Amerikanın qlobal liderliyini canlandırmaq istəyini təcəssüm etdirib”, - deyə Blinkenin yaydığı yazılı açıqlamada qeyd olunur.
Antoni Blinken Nulandın istefasından sonra onun səlahiyyətlərini müvəqqəti olaraq Dövlət katibinin müavini Con Bassın icra edəcəyini bildirib.
Mətləb Salahov