Kinorejissorlar Rasim Balayevlə Şəfiqə Məmmədovanın ittifaqlarının birləşməsinə səs verdi - Rasim Balayevi də yeni ittifaqa sədr seçdilər...
Azərbaycan Kinematoqrafçılar İttifaqının (SKA) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvləri iki ittifaqın birləşməsinə səs veriblər.
Trend xəbər verir ki, kinorejissor, Azərbaycanın xalq artisti Oqtay Mirqasımov buna qarşı çıxıb.
Sonra yeni yaradılmış qurumun nizamnaməsi qəbul edilib.
Daha sonra qurumun adının müəyyənləşdirilməsi üçün səsvermə keçirilib. Yeni yaradılan qurumun adı Azərbaycan Kinematoqrafçılar İttifaqıdır.
Xalq artisti Rasim Balayev yeni yaradılmış Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Xatırladaq ki, Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (SKA) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİB) birgə konfransı keçirilir.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-cü ildə yaradılıb. Onun sədri Xalq artisti Rasim Balayevdir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb, sədri Xalq artisti Şəfiqə Məmmədovadır.