KÖHNƏ VERSİYA            

“Tabutları gələndə övladlarımın üzünü mənə göstərmədilər” - Altıncı yazı

Image

Sevinc xanımın hıçqırıq səsinə qonşular həyətə doluşdular. Evləri yanaşı olan qadın soruşdu:

- Özünə yazığın gəlsin, bəsdi, ağlama, axı uşaqlarının ru­hu narahat olur. 

Sevinc xanım elə hıçqıra-hıçqıra dedi:

- Tabutları gələndə övladlarımın üzünü mənə göstərmədilər. Əli şəhid olanda heç məni tabuta yaxın qoymadılar, hərbi paltarda olanlar icazə vermədilər. İslam şəhid olanda isə balamı tabutda bir saatlığa gətirib dərhal da apar­dılar. Ağlamayım, neyləyim? 

Həyətdəkilər bir ağızdan dilləndilər:

- Hərbi sirdir. Bütün şəhid anaları eyni aqibəti yaşayır. Əsas odur ki, uşaqların Vətən uğrunda şəhid olublar.

Sevinc xanım bir anlıq duruxdu, sonra dedi:

- Mən balalarımın ölümünə inanmıram. Ən çox da Əli­nin ölümünə heç inanmıram. Çünki Əlinin şəhid olması xə­bərindən sonra çox söz-söhbətlər gəzdi. Dedilər, Əli öl­məyib, yüngül yaralanıb. İçimdə bir ümid yarandı; bəl­kə, balam sağdır?! Bəlkə səhv olub, bilməyiblər?! 

Qadınlardan biri dedi:

- Elə şey olmaz, ay bacı. Əsgərin yaxasında adı-soyadı olur. Bu boyda yanlışlıq olmaz. 

Sevinc xanım başını buladı, ətrafdakı hənirtiləri süzüb dedi:

- Bir gün həyətdə oturmuşdum. Qapı döyüldü. Açdım. İki uşaq gəlmişdi. Özlərini təqdim etdilər. Sonra mənə Əli­nin şəhid olduğu yeri göstərdilər telefonda. Dedilər ki, Əli bax, burada şəhid olub. Onun xatirəsinə ilk azan da elə bu yerdə verilib. Həmin an içimdə yaranan ümid öldü. İnan­dım ki, inanmağa məcbur oldum ki, balam gerçəkdən şəhid olub... 

***

Sevinc xanım Əli gələcək deyə isti bir ümidə sarılmışdı. Nişan xonçalarını belə hazırlamışdı. - Əli gələcək, müt­ləq gələcək, - deyirdi... 

Ancaq Əli gəldi, tabutda gətirdilər (onu). Üçrəngli bayrağımıza bükmüşdülər cənazəsini. İz­di­ha­mın müşayiəti ilə dəfn etdilər. Qəlbi yaralı ana yalnız bundan sonra oğlunun ni­şan xonçalarını qəbiristanlığa apardı, göz yaşları ilə qəbrinin üstünə düz­dü. 

İslam şəhid olandan sonra Sevinc xanım özünə qapandı. Ətrafla əlaqəni kəsdi. Səhər açılandan gecə düşənədək an­caq övladlarını düşündü. Arada İslamın sözləri yadına düş­dü, öz-özünə deyindi:

- Ay oğul, bəs deyirdin, narahat olma, mama, hər şey yax­şı olacaq? Bəs sən, ay Əli, deyirdin həmişə yanında olacam, hardasan indi? Biriniz gəlib demir ki, yaşlı anamız həyatın acılarına tab gətirə bilir, ya yox. Niyə gözlərimi qapıda qoydunuz? Xəbəriniz var ki, gəlişiniz möcüzəm, gedişiniz fəlakətim oldu?!

***

Vətənin qəhrəman oğulları ilə bağlı xatirələr daim yaddaşları tərpədir. Əli və İslam qardaşları haqqında deyilənlər də bir xatirə köçü kimi hər an gözə dəyir, dillərdə səslənir. Xatirələr bitməz ki...

***

Əli də, İslam da həyatın acılarını çox dadmışdı. Buna görə hər ikisi yaşıdlarından tez böyümüş, həyatı daha tez dərk etmişdi. İslamda ağayana bir çılğınlıq var idi deyə o, içinin qəhərini tökməyi bacarırdı, Əli isə özünə qapanan adam olduğu üçün hadisələr ona tez təsir edirdi. O, sanki bir göz qırpımında böyümüşdü. Dərhal da ailənin bütün yü­künü çiyinlərinə almışdı. Nə edəydi, yaşamaq üçün mü­ba­rizə lazım idi, o da əllərindən gələni edirdi...

Həyat doğrudan da, çox amansızdır. Taleyə baxın: Əli və İslam olduqca çətin həyat yolu keçdilər. Əyinləri isti paltar, qarınları isti yemək görmədi, anaları bir gün yeməyə çörək tapanda, beş gün tapmadı, bir sözlə, nə qədər ağrı-acı var, həyat sanki bu iki qardaşın kürəyinə yük etdi.  Birtəhər böyüdülər, əlləri çörəyə çatanda, analarına ümid verməyə başlayanda da Vətən hər ikisinə - gəl!, - dedi. Mü­haribə də savaşın ilk günü onları ölümün qoynuna at­dı... Bu, nə anlam daşıyır; Allahın imtahanıdır, ya həyatın amansızlığı? Hər nədirsə, Sevinc xanım - iki qəhrəman oğu­lun, Vətən müharibəsinin ilk şəhid qardaşlarının anası bu acı girdabın təlatümündə üç il əvvəl də yelkəni qırılmış qayıq kimi dad edirdi, indi də övlad acısı ilə yanıb kül olur.  

İndi Sevinc xanımın (bəlkə də) sabaha ümidi yoxdur. İki övladı var idi, Vətən alıb apardı. İndi Vətənin Əli və İslam kimi minlərlə oğlu var, ancaq Sevinc ana təkdir... Bu təklik övlad acısı qədər yaxıcıdır. O, indi hər an övladlarının həsrəti ilə əriyir... 

Həyat mübarizə meydanıdır. Sevinc xanım da övladlarının adını yaşatmaq üçün bağrına daş basıb. Bundan sonra - nə qədər ömrü var, ancaq Əli və İslam üçün yaşamağı qarşısına məqsəd qoyub. 

***

Sevinc xanım övladlarının minbir əziyytələ aldıqları, an­caq içində doyunca yaşamadıqları evi muzeyə çevirib. İndi o ev “Əli-İslam qardaşları” adına ev muzeyi adlanır. Ora­nın əsas eksponatları şəhid qardaşların əşyalarıdır. Biz də o evdə - o muzeydə olduq. Sevinc xanımın Vətən sevgisinə heyran qaldıq. Onun muzey etdiyi ev bir Vətən salnaməsi kimi təcəssüm edir. Orada iki şəhid qardaşın həyatı, taleyi və əbədiyyəti əks olunur. O ev-muzeydə qapının dəstəyindən tutmuş ən xırda əşyayadək hər hiss Vətən məhəbbəti ifadə edir. Belə bir vətənpərvər arura, belə bir xoş ovqat yarada bildiyi üçün əlbəttə, Sevinc xanıma tə­şək­kür etdik. 

Söhbət əsnasında Sevinc xanım tək bir arzusunu ifadə etdi, dedi ki, bu evin dövlət tərəfindən qorunmasını istəyirəm. Qoy gələcək nəsillər bu evi iki qəhrəman oğulun, onların timsalında bütün şəhidlərin əbədiyyət məkanı kimi ziyarət etsinlər. Şəhid anaları nə istəyər, təki övladları unu­dulmasın. 

Biz də Sevinc xanımı əmin etmək istədik ki, (onsuz da) zaman-zaman muzeyə çevirdiyin bu ev nəsillərin ziyarət yeri olacaq. Nə qədər həyat var, insanlar bu evdə Əli və İslamı yad edəcək, onların qəhrəmanlıqlarından örnək gö­tü­rəcək, onları Vətən müharibəsinin ilk şəhid qardaşları ki­mi ehtiramla anacaqlar. Bu, bizim yox, həyatın diqtəsidir. Həyat Əhmədovlar ailəsini məhz buna görə imtahana məruz qoydu - Əli və İslama şəhid adı nəsib etdi. Şəhidlər isə ölməz olurlar. Biz, hər kəs ömür bitəndən sonra yox olacaq, unudulacağıq, ancaq şəhid oğullar daim xatırlanacaqlar. 

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031