Rektor Gəray Gəraybəyli ödənişsiz təhsil imkanı qazanan tələbələrlə görüşüb
Artıq bir neçə ildir ki, Azərbaycan Tibb Universitetində ödənişli əsaslarla təhsil alan tələbələrdən yüksək göstəricisi olanların dövlət hesabına təhsilə keçidi təmin olunur. Bu dəfə də müxtəlif kurs və fakültələrin ümumilikdə 19 tələbəsi bu şansı qazanıb.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli həmin tələbələrlə görüşündə onları və valideynlərini təbrik edib Bu addımın həm tələbələrin ailələrinə dəstək, həm də gənclərin təhsil səviyyəsinin yüksəltməsi, inkişafı üçün müəyyən stimul olduğunu bildirib. Çünki yalnız il ərzində akademik göstəriciləri yüksək olan tələbələr bu imkanı qazanır və onlar öz əməyinin dəyərini hiss etmiş olurlar. G.Gəraybəyli bu təşəbbüsün gerçəkləşməsində Dövlət İmtahan Mərkəzinin də xüsusi rolunu vurğulayıb. O, ATU tələbələri arasında Təhsil Krediti Fondunun imkanlardan yararalanan gənclərin olduğunu da xatırladaraq, gələcəkdə bu cür təşəbbüslərin artırılması istiqamətində bir sıra işlərin görüləcəyini bildirib.
Görüşdə ATU-nun Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov keçid prosedura haqqında danışaraq qeyd edib ki, dövlət hesabına plan yerləri boşaldıqca, ödənişli təhsil alan və akademik göstəriciləri yüksək olan tələbələri ora keçirmək imkanı yaranır. Bu zaman təhsil illərində tələbələrin topladığı ballar nəzərə alınır. K.Yaqubov ATU-da 7 mindən çox tələbə olduğunu, universitetin xarici tələbə sayına görə ölkədə ilk yerdə olduğunu da bildirib.
Qeyd edək ki, bu il müxtəlif kurs və fakültələrin ümumilikdə 19 nəfər (9 nəfər II kurs, 1 nəfər III kurs, 4 nəfər IV kurs, 5 nəfər də V kurs tələbəsi) Bu tələbələr I müalicə-profilaktika, II müalicə-profilaktika, İctimai səhiyyə və Stomatologiya fakültəsində təhsil alırlar.