KÖHNƏ VERSİYA            

Yaşıl enerji layihələrimizin son iddiaları Avropaya belə mesaj edildi...

Image

Elçin Qurbanov: “Şübhəsiz ki, uğurlar bizimdir, amma fürsətdən istifadə edərək çatışmazlıqları da işıqlandırmaq lazımdır ki, problemin həllində daha uğurlu inkişafa nail ola bilək” 

Prezident İlham Əliyev “Euronews”a  müsahibəsində deyib ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır: 

“Düşünürəm ki, bu bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”.

Prezident yaşıl enerji layihələrimizin iddialı olduğunu deməklə nəyi nəzərdə tutur?

İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bu ilin sonu  dövlətlərarası ən mötəbər tədbirlərdən biri olan COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək: “Ölkəmiz BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəfdaş olmaqla iqlim dəyişikliyi ilə mübarizə layihəsinə qoşulub.

Dövlətimiz layihə çərçivəsində emissiya olunan istixana qazlarının artım tempini məhdudlaşdırmaq, belə tullantılarla bağlı mənfi təsirləri azaltmaq, risqlərə qarşı qabaqlayıcı tədbirlər görmək, beynəlxalq təcrübə mübadiləsindən yararlanmaq, təşviq mexanizmləri yaratmaq, şəffaf iştirakçı olmaq, elmi tədqiqatlar aparmaq və s. kimi mühüm hədəflər müəyyən edib. Bilirsiniz ki, ölkə Prezidenti işğaldan azad edilmiş əraziləri “Yaşıl enerji” zonası elan edib. Hətta bu ərazilərin 2050-ci ilədək “Netto sıfır” zonaya çevrilməsi nəzərdə tutulur. Yəni yaşıl enerji  istehsalına və istehlakına tam şəkildə keçid olacaq. Təbiətin sağlamlıq vəziyyəti özünün yaradılış keçmişinə qaytarıla bilər. Bundan başqa, ölkəmiz 2030-cu ilə qədər əvvəlki 30 il ərzində 35 faiz, 2050-ci ilədək isə 40 faiz istixana qazlarının təbiətə buraxılmasının qarşısının alınmasını da əsas hədəf kimi müəyyən edib. Yəqin ki, bütün vətəndaşlar təşviq mexanizmlərindən bəziləri ilə yaxşı tanışdırlar. Onlardan biri ölkəyə idxal olunan elektrik avtomobilləri ilə bağlı gömrük rüsumlarından və vergilərdən azadolma siyasətidir. Yaşıl zonaların salınması, istehsal sahələrində tullantıların zərərli təsirini məhdudlaşdırmaq üçün texoloji vasitələrdən istifadə və yaşıl zolaqların salınması məsələsidir. Çox yaxın keçmişdə bir sıra normaların pozulduğu aşkar edildiyinə görə Gədəbəy qızıl mədəninin fəaliyyətinin dayandırılması buna misal ola bilər. Azərbaycanda 2009-cu ildə bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturuna daxil olan  Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Yəqin ki, görülən işlərin bir qismi ilə vətəndaşlar tanışdır. Külək enerjisindən istifadə üçün quraşdırılmış cihazların,  günəş panellərinin daha çox rastlaşdığınız Şamaxı yaxınlığındakı ərazilərdə quraşdırıldığını hər kəs görüb. Hesab edirəm ki, dəniz kimi sərvətimizin imkanından yararlanaraq dalğa enerjisindən istifadə etmək üçün çoxsaylı yeni şəkildə platformalar da quraşdırılacaq. Bir sözlə, çox geniş tədbirlər planını həyata keçirmək üçün hədəflərimiz var. O ki qaldı Prezidentin yaşıl enerji ilə əlaqəli işğaldan azad edilmiş ərazilərə xüsusi və daha qayğılı yanaşmasına, hesab edirəm ki, bu, dünyanın diqqətinə həmin ərazilərin həqiqi sahibinin kim olduğunu qayğı və məsuliyyət fonunda çatdırmaqdır.

Şübhəsiz ki, uğurlar bizimdir, amma fürsətdən istifadə edərək çatışmazlıları da işıqladırmaq lazımdır ki, problemin həllində daha uğurlu inkişafa nail ola bilək. Urbanizasiya işlərində buraxılmış səhvləri xüsusi vurğulamaq istərdim. Şəhərsalma və ekologiya mənsubları yaşıl zolaqların kütləvi məhv edilərək hündürmərtəbəli binaların tikintisinə rəvac verilməsi, sıxlığın və ekoloji narahatlığın meydana gəlməsi, bir sıra infrastrukturların fəaliyyətində yaranmış durğunluqlar buna misal ola bilər. Nəqliyyat sektorunda isə vəziyyət daha acınacaqlıdır. Paytaxt küçələrində taksi kimi fəaliyyət göstərən avtomobillərin ( xüsusilə Toyota Prius) ciddi zəhərli tullantılarının oksidləşdirilməsi, yəni dağıdıcı zərərlərin qarşısının alınması (CO – CO2) məqsədilə zavod tərəfindən quraşdırılmış neytrallaşdırıcı katalizator qurğularının avtomobillərdən kütləvi şəkildə çıxarılması buna əyani misaldır. Bir dəfə əldə ediləcək qəpik-quruş xatirinə özünü məhv etmək hansı məntiqə uyğundur? Mən bilirəm ki, həmin avtomobillərin tez-tez hadisə törətməsində əsas səbəb də sürücülərin özlərinin zəhərlənməsidir. Öz təcrübəmdən deyə bilərəm ki, bir dəfə taksi ilə cəmisi 500 metr yol getməklə avtomobilin salonuna dolan qazdan zəhərlənərək xidmətdən imtina etmişəm. Sərnişinlər onlarda baş ağrılarının və ürəkbulanmaların həmin taksilərdən istifadə etdikdən sonra yarandığına şahid ola bilərlər. Bu çox ciddi məsələdir, amma təəssüflər olsun ki, onlar barəsində tədbir görülmür. Katalizatorsuz avtomobillərin dövriyyədən kənarlaşdırılması barədə heç bir iş görülmür. Zəhərlənən və əziyyət çəkən isə bütün ictimaiyyətdir, xalqdır.  Aidiyyəti qurumlara üzümü tutaraq demək istəyirəm ki, iyrənc və cılız maraqlar müqabilində sağlamlıqla əlaqəli heç bir razılaşma və sövdələşmələrə getmək olmaz. Bilməlisiniz ki, təbiət sərhədsizdir. Hər bir xırda zərər bütün təbiətə öz mənfi təsirini göstərir. Sizin sağlamlığınıza və bütün həyatınıza öz qorxunc təsirlərini göstərir. Bu problemə nəyinsə qarşılığında göz yummaqla öz doğmalarınızı və özünüzü məhv edirsiniz. Bu qədər beynəlxalq tədbirlərə qoşuluruq, heç olmazsa hər kəsin sağlam ətraf mühitdə yaşamasını təmin etmək üçün çəkilən əziyyətə qiymət verilsin. Hesab edirəm ki, kütləvi informasiya vasitələri çox ciddi şəkildə təbliğat və maarifləndirmə işlərinə start verməlidir”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

İlham Əliyev əsaslı tənqid etdi - Türk dövlətlərinə nə qədər pul lazımdır?..

Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

“Nəbadə, arxamca ağlayasınız” - Qərbi azərbaycanlı Şuşa şəhidi İlqar Ramazanlının anası...

SON XƏBƏRLƏR

11.11.2024 | 20:56
Xəzər sahilində görüntülənən “nəhəng canlı” ilə bağlı əsl həqiqət ortaya çıxdı... - FOTO

11.11.2024 | 20:19
Ukrayna kəşfiyyatı Rusiya helikopterini qaçırması üçün pilota 600-750 min dollar təklif etdi...

11.11.2024 | 19:59
"Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib" - Baydenin müşaviri

11.11.2024 | 19:33
"Sənan başqa cür həlak olsaydı mən dəli olardım..." - Şəhid Sənan Hüseynovun anası Alidə xanım

11.11.2024 | 19:25
Binəli Yıldırım da COP29-da iştirak edəcək...

11.11.2024 | 19:19
Viktor Orban Bakıya gəldi

11.11.2024 | 18:43
Leyla və Arzu Əliyevlar Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi layihəsinin təqdimatında... - FOTO

11.11.2024 | 18:17
Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb - FOTO

11.11.2024 | 18:05
BƏƏ Prezidenti Azərbaycanda səfərdədir

11.11.2024 | 17:40
Prezident İlham Əliyev Lukaşenko ilə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 17:38
"Ermənistanın COP29-da iştirak edib-etməməsi bu ölkənin öz qərarıdır" - Prezident

11.11.2024 | 16:42
Prezident İlham Əliyev Vuçiçlə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 16:18
Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 16:10
“Fəaliyyətdə birlik: Karib adalarında ədalətli və davamlı inkişaf üçün nəsillərarası səslər” adlı sessiya keçirildi

11.11.2024 | 15:57
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 15:43
Gürcü spiker Aİ ölkələrinin parlamentarilərinin görüş təklifini rədd etdi - seçkilərə müdaxilə ittiham...

11.11.2024 | 15:31
Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 15:05
Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

11.11.2024 | 15:03
Leyla Əliyeva və Anar Ələkbərov COP29 məkanındakı Azərbaycan pavilyonunu ziyarət ediblər - FOTO

11.11.2024 | 14:51
Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında...

11.11.2024 | 14:33
Serbiya, Belarus və Slovakiya prezidentləri də Bakıya gəldi...

11.11.2024 | 14:16
Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladı

11.11.2024 | 14:00
Prezident İlham Əliyev Şarl Mişellə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 13:43
İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu müzakirə edildi

11.11.2024 | 13:36
Bakıda COP29-un açılış mərasimi keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

11.11.2024 | 13:30
Efiopiya və Nepal prezidentləri COP29-da iştirak üçün Bakıya gəlib

11.11.2024 | 13:22
BMT Baş katibi Bakıya gəldi

11.11.2024 | 13:17
Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 13:05
Армения остаётся раковой опухолью Кавказа - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.11.2024 | 12:53
Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana səfərə gəlib

11.11.2024 | 12:45
"Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik" - Saymon Stil

11.11.2024 | 12:30
Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 12:12
"COP29 hər kəsə yeni başlanğıc üçün bir fürsətdir" - Muxtar Babayev

11.11.2024 | 12:02
Bu futbolçu 100-cü çempionat matçına çıxıb

11.11.2024 | 12:02
"COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq" - COP28-in Prezidenti

11.11.2024 | 11:55
Keniyanın Baş naziri Azərbaycanda səfərdədir

11.11.2024 | 11:50
Muxtar Babayev COP29-un Prezidenti seçildi

11.11.2024 | 11:47
"İqlim maliyyəsi bu böhrana səbəb olan və onu alovlandırmağa davam edənlərin məsuliyyətidir" - Kleyr Miranda

11.11.2024 | 11:44
Karateçilərimiz Moskvadan 1 gümüş, 4 bürünc medalla dönür

11.11.2024 | 11:44
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 11:35
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11.11.2024 | 11:17
Kuk Adalarının Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycana gəlib

11.11.2024 | 11:05
Ərdoğan Səudiyyə Ərəbistana gedib

11.11.2024 | 11:00
"Bu məlumat həqiqəti əks etdirmir" - Medianın İnkişafı Agentliyi jurnalistlərə müraciət edib

11.11.2024 | 10:56
Prezident İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 10:51
Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

11.11.2024 | 10:46
Lixtenşteynin Baş naziri də Bakıya gəlib

11.11.2024 | 10:07
Bakıda CO29 çərçivəsində mətbuat konfransı keçirilib

11.11.2024 | 10:00
İraq Prezidenti Azərbaycana səfərə gəlib

11.11.2024 | 09:00
Bu gün Bakıda COP29 başlayır

10.11.2024 | 23:47
Trampın oğlundan Zelenskiyə mesaj - "Xərcliyini itirməyinə 38 gün"...

10.11.2024 | 23:10
Putinə Ukraynanın 20 faizi qalacaq, 80 faizi isə... - NATO-nun Avropadakı keçmiş baş komandanından iddia...

10.11.2024 | 22:21
Qana Prezidenti də COP29-da iştirak üçün Bakıya gəldi

10.11.2024 | 22:07
Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycanda...

10.11.2024 | 21:20
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri və Heyətin üzvü Bakıya gəlib - FOTO

10.11.2024 | 21:03
Monqolustan Prezidenti Bakıya gəldi

10.11.2024 | 20:30
Hərbi qulluqçumuz Goranboyun Gülüstan kəndində minaya düşdü...

10.11.2024 | 20:18
Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib

10.11.2024 | 19:52
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Bakıya gəlib

10.11.2024 | 18:50
Trampın seçki müşavirindən qalmaqallı bəyanat - Ukrayna Krımı unutmalıdır...

10.11.2024 | 18:26
Niuenin Baş naziri Azərbaycana gəlib

10.11.2024 | 18:17
"Müharibənin bitməsindən qorxan birini görmüsünüzmü? Mən gördüm, adı Zelenskidir" - Slovakiyanın baş naziri

10.11.2024 | 17:41
Şimali Makedoniya Prezidenti COP29-da iştirak etmək üçün Bakıya gəldi...

10.11.2024 | 17:38
Anqolanın və Malavinin vitse-prezidentləri Azərbaycana gəlib

10.11.2024 | 17:35
“Yeni Müsavat” qəzeti 35 yaşında - yubiley FİLMİ

10.11.2024 | 17:26
O, Dövlət yolunda, Millət yolunda canını, ruhunu qoydu - Yunus Oğuz

10.11.2024 | 16:45
Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 16:37
Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

10.11.2024 | 16:15
Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 15:53
Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 15:47
Kobaxidze COP29-da iştirak üçün Bakıya gəlir...

10.11.2024 | 15:24
DİN Azərbaycana qarşı dezinformasiya yayan İraq kanalını ifşa etdi - FOTO

10.11.2024 | 15:17
Yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar

10.11.2024 | 14:43
Zimbabve Prezidenti Azərbaycana səfərə gəlib

10.11.2024 | 13:26
Misirdəki qəzada xəsarət alan azərbaycanlı ailədən yeni xəbər var...

10.11.2024 | 13:08
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Bakıya gəldi

10.11.2024 | 12:50
Qvineya-Bisaunun Prezidenti Azərbaycanda səfərdədir

10.11.2024 | 12:05
COP29 Yaşıl Zona biletləri artıq satışdadır

10.11.2024 | 11:16
Azərbaycanın etirazından sonra erməni əsilli rejissorun filmi “Oskar”a təqdim edilmədi

10.11.2024 | 10:43
COP-29 günlərində Musiqili Teatrda qırğızlar "Adəm"lə çıxış edəcəklər

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930