KÖHNƏ VERSİYA            

Texniki Universitet Türkiyə-Azərbaycan Universitetinin təsis ortağı oldu...

Image

İlqar Orucov: “Azərbaycan Texniki Universitetinin potensialı, imkanları kifayət edir ki, o, Türkiyə-Azərbaycan Universietində tərəfdaş olaraq prosesə cəlb olunsun”

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Hacettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaq.

Bunu media nümayəndələri üçün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, növbəti tədris ilindən universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur: “Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən kompüter elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlayırıq”.

Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb.

“Burada həm azərbaycanlı, həm də türkiyəli müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib”, - nazir qeyd edib.

Emin Əmrullayev onu da əlavə edib ki, Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar. Universitetdə çalışacaq müəllim və işçi heyəti isə yaşayış yeri ilə təmin ediləcək.

“İki dövlətin alimlərinin, universitetlərinin birgə səyi nəticəsində biz Türkiyə-Azərbaycan Universitetini müasir universitet səviyyəsində qura...” 

Azərbaycan Texniki Universitetinin tərəfdaş seçilməsinin əhəmiyyətini vurğulayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə şərhində “Türkiyə-Azərbaycan Universitetində ilkin mərhələdə tədrisə cəlb olunacaq personalın müəyyənləşdirilməsi nəticəsində açıqlanıb ki, Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar. Biz bu barədə dəfələrlə danışmışıq. Bütövlükdə, 2024-2025-ci tədris ilini universitetin fəaliyyətə başayacağı ilk il olaraq nəzərə alsaq, bura 250 tələbənin qəbul olunması planlaşdırılır. İlkin mərhələdə 250 tələbə olacaq və ixtisasların da sayı elə çox olmayacaq, yəqin ki, gələcəkdə universitetin fəaliyyəti genişlənəcək, orada fərqli ixtisaslar tədris ediləcək, o ixtisaslar ki, ölkəmiz üçün də strateji əhəmiyyət kəsb edə bilər. Təbii ki, bu ixtisasların həm də Türkiyə və Azərbaycan unuversitetində kadralara, mütəxəssislərə ehtiyac olacaq və o ixtisaslar artırılacaq. Hesab edirəm ki, artırılmalıdır da”-deyə bildirdi. 

İ.Orucovun sözlərinə görə, amma ilkin mərhələdə birinci tədris ilində, xüsusən mühəndislik və tibb ixtisasları üzrə tələbə qəbulu nəzərdə tutulur. “Türkiyə tərəfdən cəlb edilən universitetlər kifayət qədər nüfuzlu universitetlərdir. Onların eyni zamanda  texniki və tibb elmləri üzrə kifayət qədər yaxşı ənənələri var. Tutalım, İstanbul Teknik Universiteti, Orta Doğu Teknik Universiteti texniki kadr hazırlığında kifayət qədər nüfuza malikdir. Əslində, dünyada çox qabaqcıl mövqe tutublar. Əlbəttə, düşünürəm ki, həmin universitetlərlə əməkdaşlıq yaxşı nəticə verə biləcək.

O ki qaldı Azərbaycan tərəfdən prosesə cəlb edilən Azərbaycan Texniki Universitetinə, bu universitetin də kifayət qədər böyük tarixi var.   Eyni zamanda Texniki Universitetdə çox yaxşı işlər görülür. Beynəlxalq əməkdaşlıq müstəvisində yaxşı ənənələr yaradılıb, əlaqələr qurulub. Texniki Universitetin qeyd edilən Türkiyə universitetləri ilə yaxşı əlaqələri var. Xüsusilə də Türkiyənin Orta Doğu Teknik  Universiteti və İstanbul Teknik Universiteti ilə yaxşı əlaqələri mövcuddur. Həm kadr hazırlığı, həm də birgə tədqiqat istiqamətində əməkdaşlıq  davam edir. Azərbaycan Texniki Universitet oturuşmuş bir ali təhsil ocağıdır. Sovet dövründə yaradılmış olan bu universitetin öz ənənələri var. Bu universitetdə həm də son illər böyük inkişaf müşahidə olunur. Fikrimcə, Azərbaycan Texniki Universitetin potensialı, imkanları kifayət edir ki, o Türkiyə-Azərbaycan Universietində tərəfdaş olaraq prosesə cəlb olunsun. Əminəm ki, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması ilə həm də Azərbaycan ali təhsil mühitində kifayət qədər yenilənmə, müasirləşmə olacaq. Həmişə qeyd etmişəm, yenə də qeyd edirəm ki, Türkiyə ali  təhsili son illərdə özünün yüksək inkişaf dövrünü yaşayır və Azərbaycan ali təhsilinin qardaş dövlətdən-Türkiyədən öyrənəcəyi çox şeylər var. Əlbəttə, deməzdim ki, Türkiyə tərəfininin Azərbaycan Universitetlərindən götürməli olduğu hansısa təcrübələr yoxdur. Hesab edirəm ki, ali təhsil sahəsində bu qarşılıqlı münasibətlər hər iki ölkənin ali təhsilinin inkişafında mühüm rol oynayacaq. Mən Türkiyənin ali təhsilindəki inkişafdan danışdım. Nəzərə alaq ki, bu inkişafda həm də Azərbaycan alimlərinin payı var. Bunu  gizlətmək, danmaq olmaz. Xatırlayıram ki, keçən əsrin 90-cı illərində, dövlət müstəqilliyimizin ilk dövrlərində Azərbaycan elmi ictimaiyyətinin xeyli yaxşı mənada tanınmış nümayəndələri, görkəmli alimlər Türkiyəyə getdilər. Onlar Türkiyədə ali təhsilə töhfə verməyə başladılar. Çünki o zaman Azərbaycanda bu imkanlar yox idi. Hesab edirəm ki, bizim alimlərin də Türkiyə ali təhsilinin  inkişafında böyük rolu, xidmətləri  olub. Bu gün də bu davam edir. Düşünürəm ki, iki dövlətin alimlərinin, universitetlərinin birgə səyi nəticəsində biz Türkiyə-Azərbaycan Universitetini müasir universitet səviyyəsində qura, istədiyimiz universitet modeli olaraq bu ali məktəbi görə biləcəyik”-deyə İ.Orucov vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031