KÖHNƏ VERSİYA            

İqlim dəyişmələri ilə mübarizəyə səbəbsiz başlamadıq ki - Azərbaycanda su probleminə baxırsız?..

Image

Sadıq Qarayev: “Qlobal iqlim dəyişikliyi bizim ölkədə də içməli su ehtiyatlarının tükənməsinə, azalmasına səbəb olmaqdadır”

“...Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik...”

Bu sözləri Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində bildirib.

İqlim dəyişmələri su ehtiyatlarının timsalında Azərbaycanda özünü necə büruzə verir? İqlim dəyişiklikləri problemlərinin ziyanlı təsirləri Azərbaycanın su ehtiyatlarının vəziyyətində özünü necə göstərir? 

“Bu səbəbdən ölkəmizdə iqim dəyişikliyi ilə mübarizə tədbirlərinin görülməsi tamamilə qanunauyğundur”

Elm və Təhsil Nazirliyi, Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, iqlim dəyişikliyi Azərbaycana da təsirsiz ötüşmür. “Dünyanı təhdid edən bu qlobal problem Azərbaycanda da özünü göstərməkdədir. Bu səbəbdən ölkəmizdə iqim dəyişikliyi ilə mübarizə tədbirlərinin görülməsi tamamilə qanunauyğundur. Azərbaycan dövləti iqlim dəyişikliyinin daha çox fəsadlar törətməməsi üçün qabaqlayıcı tədbirlər görür. “Yaşıl enerji” məsələsi məhz bundan qaynaqlanır.

Bütün sahələrdə olduğu kimi, ekologiya və iqlim dəyişiklikləri ilə bağlı cənab Prezidentin fikirləri və iqlim dəyişikliklərinin içməli su qıtlığına səbəb olacağını proqnozlaşdırması da tamamilə elmi əsasları olan bir məsələdir. Xəzər dənizi beynəlxalq bir dənizdir, o təkcə Azərbaycanla əlaqəli deyil. Bu bir neçə ölkənin ərazisini əhatə edir. Rusiya, İran, Türkmənistan, Qazaxıstan kimi Xəzəryanı ölkələrin iqlimlərinin də Xəzərin su səviyyəsinin azalması ilə əlaqəsi var. Xəzərin suyunun azalmasında onların da rolu az deyil. Bu Xəzəryanı ölkələrdə baş verən iqlim dəyişiklikləri, çayları qidalandıran mənbələrin- bulaqlarının suyunun, eyni zamanda yağıntıların azalması kimi amillər də Xəzərə təsirsiz ötüşmür. Xəzərlə bağlı məsələ qlobal bir məsələdir. Burda həm də antropogen amillərin təsiri var. Yəni çayların qarşısı kəsilir, onlardan suvarma üçün istifadə edilir. Bir sözlə, Xəzəri qidalandıran bütün çay sistemlərində azalma müşahidə olunur. Azərbaycandan Arazla Kür qovuşub Xəzərə tökülür. Arazla Kür də təkcə Azərbaycanla bağlı deyil. Bu çayların hər biri mənbələrini Türkiyə ərazindən götürür, həm Türkiyə, həm İran, həm Gürcüstan, həm Ermənistan, həm də Azərbaycan ərazilərindən keçir. Son dövrlər müşahidə edilən qlobal iqlim dəyişiklikləri ilə əlaqədar çay sularının, yağıntıların azalması müşahidə olunur və bu da  həm içməli su qıtlığının yaranmasına, həm də əkinlərin suvarmasına ciddi problemlər yaradır” - deyən S.Qarayev qeyd etdi ki, iqlim dəyişikliyi təkcə Xəzərin səviyyəsinin aşağı düşməsinə səbəb olmur, həm də çaylara, bulaqlara, su mənbələrinə öz təsirini göstərir. O qeyd etdi ki, çayların su səviyyəsinin aşağı düşməsi həm iqlim dəyişikliyi, həm də antropogen amillərlə bağlı oranın flora və faunasına çox mənfi təsir göstərir. “Cənab Prezident çox doğru deyib ki, şirin su hövzələrinin, çayların səviyyəsinin aşağı olması qlobal bir təhlükədir. Çünki təbiət təkcə bir respublikaya aid olmur, bu bütün Qafqazın, Xəzəryanı ölkələrin təbiətidir. Dəniz səviyyəsinin artıb-azalmasının fiziki məsələlərlə də əlaqəsi var. Ola bilsin, dəniz altında qabarma, tektonik dəyişikliklər və sair də suyun azalmasında rol oynaya bilər, amma əsas çox təsir edən amil, təbii ki, yağıntıların, dənizi qidalandıran  çayların suyunun azalmasıdır.

O ki qaldı iqlim dəyişikliklərinin içməli su ehtiyatlarının azalmasında oynadığı ziyanlı rola,  bəli, bu gerçəkdən özünü büruzə verir. Qlobal iqlim dəyişikliyi bizim ölkədə də içməli su ehtiyatlarının tükənməsinə, azalmasına səbəb olmaqdadır. Təkcə bizim ölkədə deyil, bütövülkdə Xəzəryanı ölkələrin hamısında yağıntıların azalması müşahidə olunur, son on ildə əvvəlki kimi qışda qar yağmır, yağıntılar düşmür və sair. 

Bizim respublikada konkret olaraq son dövrlər iqlim dəyişikliyi ilə bağlı yağıntılar da, çayların su səviyyəsi də azalır. Qlobal iqlim dəyişikliyinə səbəb olan amillər təkcə təbiət deyil, burada bir sıra amillər var. Şəhərlərin sayının artması, torpağın üst qatının betonlanması, meşələrin qırılması, zavod və fabriklərin torpaq sahələrinin üzərində salınması və sair ümumi ekoloji sistemi pozur. Bunun nəticəsində buxarlanma, yağıntı sistemi pozulur. Bu da şirin su ehtiyatlarının və əkin sularının azalmasına səbəb olur. Antropogen təsirlər son zamanlar daha da çoxalıb. Günəşdə olan partlayışlarla və sairlə əlaqədar olaraq təbii iqlim dəyişiklikləri də var. 

Biz bu problemin səbəblərini blirik, əsas məsələ gələcəkdə problemdən çıxış yolunu axtarıb tapmaqdır. Bilməliyik ki, gələcəkdə bu mənfi tendensiya artan xətlə olacaq. Biz bunun qarşısını almaq üçün daha ciddi səylər göstərməliyik. Ölkəmizdəki aidiyyəti təşkilatlar, qurumlar, bir sözlə, hər birimiz düşünməliyik ki, gələcəkdə Azərbaycanda şirin su ehtiyatlarının azalmasının qarşısını necə ala bilərik. Bizi təhdid edən bu problemdən necə xilas ola bilərik. Məsələn, əkinlər üçün damcı suvarma sisteminə keçə bilərik və sair. Bəndlərin sayını artıra bilərik, beynəlxalq təcrübədən yağış, sel sularının tutulub saxlanılma mexanizmini öyrənə bilərik. Bu çox vacib məsələdir.   

Şirin su ehtiyatlarının təmin olunması ilə bağlı yeni göllər yaradılmalıdır. Proqnoz kimi demək istəyirəm ki, çox yaxın gələcəkdə iqtisadi və siyasi müstəvilərdə dünyada şirin su ilə bağlı mübarizə neftlə bağlı mübarizdədən  çox önə çəkiləcək. Demək olar ki, şirin su amili ölkələrin iqtisadi, siyasi mövqelərinə təsir edəcək. Ona görə də biz bu işlərə sistemli şəkildə yanaşmalıyıq. Ayrıca bir dövlət proqramı işlənib hazırlanmalıdır. Bu dövlət proqramı elmi əsaslarla hazırlanmalı və yaxın 10-20 ili əhatə etməlidir. Bunu da belə qəbul etmək lazımdır ki, bu problem, bu proses, bu dinamika getdikcə yuxarı qalxacaq. Yən i hər şeyə hazır olmalıyıq. Müxtəlif elmi təşkilatların, qurumların iştirakı ilə tədbirlər planı hazırlamalıyıq. Eyni zamanda biz Xəzəryanı ölkələrlə də bir işçi komissiya yaratmalıyıq ki, bu sahədəki problemin azaldılmasına təsir göstərmək mümkün olsun. Çünki bir ölkədə tədbir görülsə, o biri ölkədə tədbir görülməsə görülən işlərin   faydası olmayacaq. Çünki problem də, coğrafiya da, ekologiya da eynidir, hamının ortaq çayı, dənizi var, ona görə də hər kəsin rolu olmalıdır.

Bu təşəbbüs yenə də cənab Prezidentdən gələcək. Necə ki, indiyə qədər bir sıra qlobal və regional problemlərin həlli ilə bağlı təşəbbüs irəli sürüb, ortaya siyasi iradə qoyub. Bölgəni hədələyən qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın səyləri, təşəbbüsləri region ölkələrinə də təsir edəcək. İqlim dəyişikliklərinin mənfi təsirləri ilə mübarizədə cənab Prezident ortaya konkret iradə qoyur və bu həm bizim ölkəmiz, həm də region ölkələri üçün çox faydalı olacaq. Biz çalışmalıyıq ki, bu problemin yan təsirlərindən mümkün qədər uzaq olaq” - deyə S.Qarayev qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031