KÖHNƏ VERSİYA            

Almanlar bir yanda sülh vasitəçiliyi edir, o yanda Azərbaycanı ləkələyir - böhtançı film hardan çıxdı?...

Image

Bir çox ekspertlərin dediyi kimi, deyəsən Almaniya dövlətinin siyasətində qarışıqlıq, ziddiyyətlər var. Çünki Almaniya Kansleri Olaf Şolts bir söz deyir, amma ölkəsindəki bəzi siyasətçilər və deputatlar onun dediklərinin ziddini ortaya qoyur. 

Almaniya Kanslerinin Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçi kimi çıxış etməyə cəhd göstərdiyi bir vaxtda birdən-birə bu ölkədə Azərbaycan əleyhinə çəkilən üzdəniraq bir film ortaya çıxır.  Söhbət Almaniyada çəkilən, guya Azərbaycanın Avropa təşkilatlarında "rüşvətlə" lobbi qrupları saxladığı ilə bağlı qərəzli, böhtan xarakterli bir filmdən gedir. O filmin premyerasında aktiv rol oynayanlardan biri Frank Şvabedir. Bu o Şvabedir ki, qatı Azərbaycan düşmənidir və fevralın 17-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılmasında onun çox aktiv rolu olub. AŞPA Azərbaycan nümayəndə heyətinin mandatının qəbul edilməməsi ilə bağlı qərarı məhz bu  Şvabenin təqdimatı ilə qəbul edib. Son iki ayda AŞPA-da erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı sanksiya tətbiq edilməsi haqda qətnamə qəbul etdilər, bundan başqa, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması haqda qətnamənin qəbul edilməsi də baş verdi... Bütün bunlardan sonra belə  görsənir ki, o bədnam kinonun çəkilməsində də aktiv rollardan birini məhz Frank Şvabe oynayıb. Şvabe kimiləri başdan-ayağa korrupsiyaya batmalarına və erməni lobbisinin muzdlu nökərləri olmalarına baxmayaraq, başqalarında nöqsan axtarırlar. Məlumdur ki, erməni lobbisinin pulu ilə hərəkət edən bu deputatlar Avroparlamentdə antiazərbaycan mövqeyindən çıxış edirlər. Avroparlamentin illərdir rüşvət və korrupsiya yuvasına çevrildiyi gizlin deyil. Neçə-neçə Qərb deputatının adı maliyə, rüşvət qalmaqalında hallandırılıb. Bunlar isə öz ayıblarına kor olmaq əvəzinə Azərbaycanı qaralamaqla məşğuldurlar.  

Özləri AŞPA-da rüşvətlə idarə olunan deputatların Azərbaycana qarşı qərəzli qərarlar qəbul etməklə məşğul olduqlarını görmürlər, amma əsassız olaraq iddia edirlər ki, guya Azərbaycan "lobbi qrupları" saxlayır. Onlar Azərbaycanı yersiz olaraq ittiham etməkdənsə, güzgünü əllərinə alıb özlərinə baxsınlar, onda görərlər gözlərinin içinə qədər korrupsiyaya, rüşvətə bələniblər. Məhz erməni milyarderlərdən aldıqları külli miqdarda rüşvət müqabilində öz mənəviyyatlarını satıb Azərbaycana qarşı qərəzli qərarlar, qətnamələr qəbul ediblər. Bu qərəzli qətnamələri qəbul edənlər erməni pulundan asılı olanlar olublar. Erməni lobbisinin maliyyəsi həmişə o deputatların həyatında əsas rol oynayıb, seçki kampaniyalarına erməni lobbisi lazımı qədər vəsait yatırıb, onlar da onun əvəzini çıxmaq üçün Azərbaycanla bağlı qaralama kampaniyası aparırlar. Deyilənə görə, bu üzdəniraq, qərəzli deputatlarla erməni lobbisi arasında vasitəçilik edən şəxs isə  erməniəsilli Kaspar Karapetyandır ki, yaşı 80-ni keçən bu şəxs Brüsseldə yaşayır, onun adı daim  çirkli pulların yuyulmasında, şübhəli maliyyə əməliyyatlarında və başqa neqativ işlərdə hallandırılır. Ermənilərin Qərb dünyasındakı “kassası” rolunu oynayan bu adamın adı Avropa Parlamenti tarixinin bəlkə də ən qalmaqallı korrupsiya faktlarında çəkilib. Bu adamın uzun illər amerikalı senatorlarla, qərbli parlamentarilərlə görüşlər keçirdiyi, bu görüşlərdən dərhal sonra vaxtilə işğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər təşkil etdiyi barədə mətbauta məlumatlar var. Qeyd edək ki, Belçikada yaşayan Karen Karapetyan bütün Avropada brilyant biznesini əlində fırladır. Elə Şvabe kimi deputatlar da Karen Karapetyanın və başqa erməni biznesmenlərin pulu ilə Azərbaycana qarşı qərəzli qətnamələr çıxarırlar. Gizlin deyil ki, siyasi korrupsiya mexanizmlərinin böyüyünü elə  özləri yaradıblar. Amma Azərbaycanı onlar bunda ittiham edirlər.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, özü də indiki şəraitdə - Almaniyanın Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə cəhd göstərdiyi bir zamanda Almaniyada belə bir addım atılır. Belə şəraitdə bu necə başa düşülə bilər ki Almaniyada Azərbaycana qarşı belə qərəzli və ikili standart çərçivəsində kino çəkilir? Özü də Almaniya Bundestaqı da bunu himayə edir, parlament də onu müzakirə edir və sair. Təbii, bu, Almaniyanın sülh təşəbbüsləri ilə qəti şəkildə bir araya sığmır.

Şvabe kimiləri özləri siyasi korrupsiyasının içində çabalayır, qurduqları rüşvət, korripsiya mexanizmi hər daim işləyir. Erməni lobbisinin idarə etdiyi korrupsiya mexanizmini Azərbaycana qarşı çevirmək istəyirlər. Məqsədləri də odur ki, yalanlarla Azərbaycanı ləkələsinlər, iddia edirlər guya Azərbaycanın orada lobbisi var, guya 2, 9 milyard da pul ayrılıb (?). Doğrudan da gülməli iddiadır. Necə deyərlər, bişmiş toyuğun gülməyi gəlir. Əgər Azərbaycan bu işə bu qədər vəsait ayrırsaydı və orada lobbisi olsaydı, Azərbaycana qarşı gündə bir qərəzli qətnamə necə qəbul edilərdi, Azərbaycan bunun qarşısını niyə ala bilmir? 

Əlbəttə, bunlar yalandan başqa bir şey deyil və Azərbaycan heç zaman belə bir addım atmayıb. Bu, erməni lobbisinə xas tərzdir ki, on illərdir Avroparlamentin deputatlarını və bəzi Avropa dövlətlərinin rəhbər şəxslərini, beynəlxalq qurumların təmsilçilərini pulla əllərində saxlayır və lazım gələndə Azərbaycana qarşı kin, nifrət saçırlar.

Bu gün Avropada yürüdülən ziddiyyətli, həftəbecər siyasətin nəticəsi çox dəhşətlidir. Onlar bir tərəfdən dövlətlərə əl uzadırlar, o biri tərəfdən də qarayaxma kampaniyası aparırlar. Azərbaycana qarşı olduğu kimi. Sülh danışıqlarında vasitəçi, moderator kimi iştirak etmək arzusu ilə Azərbaycanı ləkələyən  böhtançı film bir araya sığmır, cənablar! Hesab edirik ki, Almaniya hökuməti özü belə bir filmin geniş səviyyədə yayılmasının qarşısını alacaq. Çünki bu şər-böhtan kampaniyası heç Almaniyanın özünə xeyir gətirməz.    

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031