Kreml alman zabitlərinin səs yazısının Qərbin Ukraynadakı müharibədə iştirakını təsdiqlədiyini açıqladı...
Kremlin sözçüsü Dimitri Peskov, alman hərbi rəsmilərinin səsyazısının Qərbin Ukraynadakı müharibədə iştirakını göstərdiyini bildirir.
“Müzakirələr bir daha kollektiv Qərbin Ukraynadakı münaqişədə birbaşa iştirakını vurğuladı”- Peskov bildirib.
Peskovun sözlərinə görə, bu fakt heç bir hüquqi şərh tələb etmir və hər şey onsuz da aydındır.
“Biz müəyyən etməliyik ki, Almaniya Müdafiə Nazirliyi bunu öz təşəbbüsü ilə edir, ya yox. O zaman sual yaranır: Əgər bu Almaniya hökumətinin siyasətinin bir hissəsidirsə, Müdafiə Nazirliyi nə dərəcədə nəzarətdədir və Olaf Şolts vəziyyətə nə dərəcədə nəzarət edir. Hər iki ssenari çox pisdir”- deyə o qeyd edib.
Bundan başqa, Almaniya səfiri də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomat gəldikdən bir saat sonra heç bir şərh vermədən idarəni tərk edib.
İki ölkə arasında gərginliyə səbəb rus mətbuatında uzunmənzilli “Taurus” raketinin Ukraynaya ötürülməsindən danışan alman hərbi rəsmilərinin səs yazılarının dərc edilməsi və alman hərbçilərinin bu raketlərin potensial hədəfi kimi Krım körpüsünün adını çəkməsi olub.
Almaniya Müdafiə Nazirliyi səs yazısının həqiqiliyini təsdiqləyib. Bundan əlavə, idarədən səs yazısının montaj olub-olmadığını hələlik deyə bilməyəcəklərini bildiriblər. Almaniya kansleri Olaf Şolts hadisəyə münasibət bildirib və artıq araşdırmalara başlanılıb.
TAHİR