Putinin hələlik Paşinyanla əlaqə saxlamaq niyyəti yoxdur - Peskov belə deyir...
Rusiya Prezidenti Vladimir Putin hələlik Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlamağı planlaşdırmır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Putinin planlarında Ermənistanın Baş naziri Nikol Paşinyanla təmas saxlamaq hələlik yoxdur", - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov qeyd edib ki, zərurət olarsa, bu cür təmaslar operativ şəkildə təşkil oluna bilər.
Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın İrəvandan birgə strukturlarda, o cümlədən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öhdəliklərin icrası və iştirakla bağlı cavab gözlədiyini bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan isə İrəvanın KTMT-də üzvlüyünü dondura biləcəyini deyib.
ZÜMRÜD