Gəncə İcra Hakimiyyətində əməliyyat keçirilib? - Baş Prokurorluq açıqlama yaydı
Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərə dair açıqlama yayıb.
Açıqlamada deyilir: “Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.
Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik. Bununla bağlı tərəfimizdən əlavə məlumatın verilməsi təmin ediləcək”.
ZÜMRÜD