Orban Trampı indidən ABŞ prezidenti görür - ABŞ səfərində Baydenin əvəzinə onunla görüşəcək...
Macarıstanın Baş naziri Viktor Orban martın 8-də Floridada Donald Trampla görüşəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Macarıstan hökuməti başçısının mətbuat katibi Bertalan Havaşi də bildirib ki, Orbanın səfərinin əsas məqsədi ABŞ-ın sabiq prezidenti Donald Trampla söhbət etmək olacaq.
ABŞ Prezidenti Baydenlə görüş Orbanın Birləşmiş Ştatlara səfər proqramına daxil edilməyib.
Bir neçə həftə əvvəl Trampın ABŞ prezidenti vəzifəsinə mümkün qayıtması ilə bağlı açıqlama verən Orban deyib: “Ümid edirik ki, hazırkı prezident gedəcək, Tramp qayıdacaq və sülhün bərqərar olunmasında onun əli olacaq”.
TAHİR