Berlinlə Moskva arasında gərginlik artır - alman səfir Rusiya XİN-ə çağırıldı
Almaniya Federativ Respublikasının Moskvadakı səfiri Aleksander Lambsdorf martın 4-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, Almaniya kansleri Olaf Şolts NATO-nun Ukrayna münaqişəsində iştirak etməyəcəyini bildirdiyi gün Almaniyanın yüksək vəzifəli rəsmiləri Krım körpüsünə hücum ehtimalını müzakirə ediblər.
Almaniya səfirinin Rusiya Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı çağrıldığı qeyd olunub.