"TÜRKPA komissiyaların sayının artırılmasının vaxtı çatıb" - Əhliman Əmiraslanov
TÜRKPA komissiyaların sayının artırılmasının vaxtı çatıb. Trend xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov TÜRKPA-nın Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının 11-ci iclasında deyib.
“Bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik. Bu həm bu gün, həm plenar iclaslarda müzakirə edilməlidir",- deyə deputat bildirib.
Qeyd edək ki, bugün Milli Məclisdə TÜRKPA-nın Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının 11-ci iclası keçirilir.