Koreya və ABŞ “Azadlıq qalxanı” hərbi təlimlərinə başlayıb
Koreya Respublikası və ABŞ silahlı qüvvələri martın 14-dək davam edəcək “Azadlıq qalxanı” hərbi təlimlərinə başlayıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Koreyadakı Amerika hərbi kontingentinin bildirdiyi kimi, təlim zamanı onlar quruda, dənizdə, havada və kiberməkanda hərəkətləri, həmçinin düşmən nüvə qüvvələrinə cavab vermək üçün “kosmik aktivlərdən” istifadəni məşq edəcəklər. Təlimlərdə BMT Komandanlığına üzv olan 12 ölkənin nümayəndələri də müşahidəçi qismində iştirak edəcək.
Mətləb