" Şuşa tutulmamışdan qabaq müharibəni dayandıra bilərdik" - müharibənin daha bir sirri açıldı...
Zaman ötdükcə 44 günlük Qarabağ savaşından yeni- yeni məqamlar açılır. Antaliya diplomatiya forumunda Rusiyanın XİN Lavrov maraqlı açıqlamalar verib.Nazir deyib ki, Azərbaycanı Ermənistanla müharibəyə Rusiyanın təşviq etdiyini iddia edənlər bilməlidir ki, biz, əksinə müharibəni dayandırdıq, müharibə hələ Şuşa tutulmamışdan qabaq dayandırıla bilərdi, Paşinyan imkan vermədi, dedi biz sonadək döyüşəcəyik .
Lavrov KTMT- nin Ermənistanda sülh missiyasına da toxunub. Deyib ki, 2022- ci ilin payızında Yerevanda KTMT nazirləri gecə yarısınadək sülhməramlı missiyanın mandatı üzərində işlədi, nöqtə- vergülünə qədər işləndi,ertəsi gün KTMT dövlət başçılarının zirvəsində tək Paşinyan onu qəbul etmədi- deyə Lavrov bildirib.
Nahid Salayev