Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı, Çexiyaya səfir təyin edildi
Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, Yaşar Əliyev Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.