"Gəl Yerevanda görüşək və bunu tarixi hadisəyə çevirək"...
Antalya diplomatik forumunda maraqlı deyişmə yaşanıb.Türkiyə ilə danışıqlar üzrə Ermənistanın səlahiyyətli nümayəndəsi Ruben Rubinyan deyib ki, biz iki ölkənin sərhədlərinin indi açılmasına razıyıq və əgər cənab Sərdar Kılıc da razı olsa, elə bu gün sərhədlərin açılması barədə bəyanat verərək bu forumu tarixi hadisəyə çevirərik" .Təbii ki, bu nümayiş xarakterli bəyanatla Rubenyan ölkəsini guya sülhsevər göstərmək istəyir. Əslində sərhədlərin açılması heç də onun təqdim etdiyi kimi sadə hadisə deyil.
Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc isə Rubenin cavabını belə verib:" Gəlin , növbəti həftə Yerevanda görüşək və bunu tarixi hadisəyə çevirək". Hələlik Yerevandan bu təklifə reaksiya yoxdur.
Nahid Salayev