Britaniya ikinci ən böyük təyyarədaşıyan gəmisini Türkiyəyə sata bilər - Türk ordusunun gücü Qərbi narahat etməyə başladı...
Bir vaxtlar müdafiə sənayesinin liderləri hesab edilən bir çox ölkələr sön vaxtlar getdikcə daha böyük problemlərlə üzləşirlər. Dünyanın gücü ordularından birinə sahib olan Britaniyada da müdafiə sənayesində böhran olduğu ortaya çıxıb. Ölkə mətbuatında İngiltərənin 3,5 milyard funt-sterlinq dəyərində olan HMS Prince of Wales təyyarədaşıyan gəmisini maliyyə problemlərinə görə satmağı planlaşdırdığ bildirilib.
“Daily Mail”in yazdığına görə, maliyyə problemləri getdikcə artan Kral Donanması, müdafiə büdcəsindəki əhəmiyyətli xərcləri qarşılamaq üçün ən güclü təyyarədaşıyan gəmisi olan HMS Prince of Wales-in 3,5 milyard avroya satmaq qərarına gəlib.
Qeyd edilir ki, tikintisi 3,5 milyard funt-sterlinqə başa gələn HMS Prince of Wales-in “müttəfiq” bir ölkəyə satılması məsələsi gündəmə gətirilib.
İddialara görə, İngiltərə Hərbi Dəniz Qüvvələri nağd pul qarşılığında təyyarə gəmisinin satılmasını Türkiyə ilə müzakirə edib. Bu iddia Türkiyə Milli Müdafiə naziri Yaşar Gülərin Londonda Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsla görüşündən sonra ortaya çıxıb. Tərəflər arasında danışıqlardan sonra Britaniya Kral Donanmasının nağd pul çatışmazlığı ilə üzləşməsi xəbərləri bu iddiaları daha da gücləndirir.
Kral Hərbi Dəniz Qüvvələrinin bəzi mənbələri də Britaniyanın ikinci ən böyük təyyarədaşıyan gəmisini satışa çıxarmaqdan narahat olduğunu dilə gətirib. Maliyyə problemini aradan qaldırmaq üçün bu qərarı verməkdən narahat olan İngiltərənin digər qorxusu Türk Ordusudur. Türklərin belə bir təyyarədaşıyıcı ilə dəniz gücünü artırması Qərb dövlətlərində narahatlığa səbəb olub. Türk ordusu həm dənizdə, həm quruda, həm də sərhəddə gücünü durmadan artırır. Digər tərəfdən, daxili təhlükəsizlik məsələsində ciddi irəliləyişlər əldə edən Türkiyə ordusunun dənizlərdə təyyarədaşıyan gəmiyə sahib olması ilə daha da güclənəcəyi ilə bağlı fikirlər var.
Tahir TAĞIYEV