Kadri Simson: "Azərbaycan etibarlı tərəfdaş olduğunu nümayiş etdirib"
Mən həmişə Azərbaycana məmnuniyyətlə gəlirəm. Avropa Azərbaycandan təbii qaz almağa davam edəcək.
Bu sözləri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson energetika naziri Pərviz Şahbazov ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırda Avropa Azərbaycandan 11 milyard kubmetr təbii qaz idxal edir.
“Biz Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq əlaqələrini daha da artırmaq fikrindəyik və 2027-ci ilə kimi Azərbaycandan qaz idxalının həcmini 20 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Avropa ilə Azərbaycan 2020-ci ildən başlayaraq enerji sahəsində əməkdaşlığa başlayıb. Bu illər ərzində bir çox layihələr həyata keçirilib və Azərbaycan hər zaman etibarlı tərəfdaş olduğunu nümayiş etdirib. Biz yaşıl enerji sahəsində də Azərbaycan ilə əməkdaşlığı davam etdirəcəyik”, - deyə Kadri Simson vurğulayıb.