KÖHNƏ VERSİYA            

Doktorantura modeli hələ sovet qalıqlarından qurtulmayıb... Prezident də narazılıq bildirdi...

Image

İlqar Orucov: “Doktorantura ilə bağlı Nazirlər Kabineti standartlar təsdiqləməlidir və artıq bu standartlar ortaya qoyulmalıdır”

“Azərbaycanda doktorantura hələ də sovet dövründən qalan model ilə işləyir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, dünyada doktorantura təhsil sisteminin bir hissəsidir. Onun da proqramı, kreditləri var: "Yüksək keyfiyyətli kadr hazırlığı üçün biz doktorantura beynəlxalq şəbəkəsinə qoşulmalıyıq. Bu olmasa, elmimiz ölkə hüdudlarında qalacaq".

30 ildə milli model niyə yaranmayıb? Nə mane olub? Doktorantura təhsili modelində sovetizmin qalıqları nədən ibarətdir? Nələr ümumi işin irəliləməsinə maneçilik törədir? Doktorantura pilləsində, sistemində nələri islah etmək lazımdır? Sovetizmin qalıqları konkret nədən ibarətdir? Bundan necə xilas olmaq olar? 

“İsa müəllimin bu fikirlərini düzgün hesab edirəm” 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, AMEA-nın Ümumi iclasında iştirak edib və akademik İsa Həbibəylinin çıxışına diqqətlə qulaq asıb. “AMEA-nın illik Ümumi yığıncağında iştirak etdim, akademiyanın prezidenti, akademik İsa Həbibbəylinin çıxışını diqqətlə izlədim. Mən İsa müəllimin bu fikirlərini düzgün hesab edirəm. Düşünürəm ki, ümumilikdə beynəlxalq qabaqcıl təcrübə mənimsənilmədən, sözsüz, elmi kadr potensialımızı yüksəldə bilmərik. Açığı, son illərdə boşluqdan istifadə edərək, eyni zamanda yaranmış situasiyadan yararlanaraq bizim elmi mühitimiz kifayət qədər zəifləyib. Təsəvvür edin ki, bu da cəmiyyətdə alim nüfuzuna ciddi təsir göstərir. Müstəqillik illərindən başlayaraq 2013-cü ilə qədər bilirsiz ki, ali təhsil sistemində rüşvət və korrupsiya vardı, imtahan qiymətləri pulla yazdırılırdı və sair. Həmin dövrdə pulla oxuyan, heç bir savadı olmayan adamlar var ki, bu gün onlar elmlər doktorudur. Siz bilirsizmi bu nə deməkdir? Bunun kökündə nələr dayanır? Elmimizin bugünkü durumunun səbəbi həm də bunlardır. Onlar saxta himayəçilərin hesabına gəlib “alim” olublar. Təsəvvür edin ki, belələrini aspiranturanın, doktoranturanın kandarından belə buraxmaq olmazdı, amma onları buraxıblar, bu adamlar gəlib fəlsəfə doktoru, elmlər doktoru alimlik dərəcəsi alıblar. Ali Attestasiya Komissiyası bunlara qapıları açıb. İsa müəllim tamamilə doğru deyir. Fikrimcə, biz kadr hazırlığına xüsusi yanaşmalıyıq, kifayət qədər həssas və şəffaf yanaşmalıyıq. Elmdə himayə lazımdır. Himayəni bilirsiz necə adama edərlər? Kasıb, arxasız, amma savadlı və istedadlı adamı himayə edərlər”-deyə İ.Orucov qeyd etdi. 

İ.Orucovun sözlərinə görə, belə olarsa, bu olar əsl himayə, elmdə himayə budur: “Biz belə himayəni zaman-zaman alimlərimizin timsalında görmüşük. Yerində olan bir nümunə çəkim: Azərbaycanda xeyli sayda yazıçılar, filologiya elmləri doktorları, professorlar, kafedra müdirləri olub, onlar arasında dünyasını dəyişənlər də, yaşayanlar da var. Bilirsiz, Mir Cəlal Paşayevi insanlar nə üçün yaxşı mənada xatırlayırlar, ona rəhmət deyirlər? Çünki o, kənddən-kəsəkdən gələn kasıb, amma istedadlı tələbəni evinə aparırmış, evində ona isti xörək verirniş və ona paltar alırmış, ona kömək edirmiş ki, bu tələbə ali məktəbi bitirəndən sonra kəndə qayıtmasın, qalıb elmlə məşğul olsun. Mən bunu onun tələbəsi olmuş və yüksək elmi titul daşıyan insanların dilindən eşitmişəm. Şəxsi həyatımda görmüşəm. Mənim elmi rəhbərim akademiyanın prezidenti olmuş adam akademik Mahmud Kərimov mən doktoranturada oxuyanda cibindən mənə pul verirdi ki, oğlum, bilirəm maddi imkanın yoxdur, hər şey yaxşı olacaq, elmdən getmə, elmlə məşğul ol. O, elmi rəhbəri olduğu istedadlı gənclərə bu cür münasibət bəsləyirdi. Elmdə himayəçilik bu cür olmalıdır. Eyni zamanda da doktoranturaya münasibətdə bu özünü göstərməlidir. Sovet dövründən qalma modelin doktoranturada hələ də qalmasına səbəb olan bir sıra amillər var. Yeni modelin yaranmasına nə mane olub, deyə bilmərəm. Vaxtilə akademiyada gənclər işinə, hərəkatına rəhbərlik etmişəm, o hərəkatı quran adam olmuşam. O dövrdə bəzən aspiranturaya plan yerləri dolmurdu. Biz yerlərin boş qalmaması üçün bir az yumşaq metodlardan istifadə edirdik, istedadlı adamların oxumasına şərait yaradırdıq. O vaxt da bundan sui-istifadə edənlər vardı, bu gün də var. İsa müəllim düz deyir. Bu gün elmə gəlmək istəyən xeyli sayda gənclərimiz var. Dövlətimiz inkişaf edir, ölkənin iqtisadi potensialı xeyli dərəcədə güclənib, iqtisadi  imkanlar artıb. Elmə sərmayə qoyulacaq, gerçəkdən də elmin gələcəyi çox yaxşı olacaq. Elmin idarə edilməsi ilə bağlı yeni yanaşmalar tətbiq olunur. Elm və Təhsil Nazirliyi yaradılıb. AMEA-nın inkişafı ilə bağlı cənab Prezidentin çox yaxşı qərarları var. Hesab edirəm ki, bu gün akademiyaya rəhbərlik edən insanlar təmiz insanlardır. Yəqin ki, prosesin yaxşılığa doğru getməsində maraqlıdırlar. Elm və Təhsil Nazirliyi də bu işdə maraqlıdır. Ölkə başçısı ölkənin hərtərəfli inkişafında elmin rolunu düzgün qiymətləndirir. Həm də qalib ölkənin elmi də, orta və ali təhsili də çox yüksək səviyyədə olmalıdır. Bu baxımdan, doktoranturaya, elmi kadr hazırlığına münasibət tamamilə müasir standartlara uyğun olmalıdır. Bundan sonra hesab edirəm ki, ən azından bu yanaşmaları tətbiq etməliyik. Akademiya prezidenti də dedi, hesab edirəm ki, doktorantura təhsilini beynəlxalq, Avropa, Amerika, Yaponiya təcrübəsi əsasında qurmalıyıq. Söhbət elm və təhsil tutumlu ölkələrin təcrübəsi əsasında təşkil olunan doktorantura təhsilindən gedir. Bu təhsilin vacib bir pillləsidirsə, təbii ki, burda ənənəvi formada yanaşmalar mümkün deyil. 

SSRİ dövrünün yanaşması necə idi? Doktoranturaya qəbul olursan, konkret olaraq xarici dildən, ixtisasdan imtahan verirsən, daha sonra sən sərbəstsən, dərs yoxdur, elmi rəhbərinin rəhbərliyi altında elmi tədqiqatla məşğul olursan. Amma xaricdə belə deyil. Mən bunu müşahidə etmişəm. İllərdir düşünmüşəm ki, bu bizdə nə üçün tətbiq olunmur. Hesab edirəm ki, artıq zamanı gəlib və doktoranturaya bu yanaşma mütləq olacaq. Elmi kadr hazırlığı ilə əsasən Elm və Təhsil Nazirliyi və AMEA məşğuldur. Eyni zamanda müxtəlif qurum və təşkilatların nəzdində olan sahə institutları da bu işə töhfə verməlidir. Hesab edirəm ki, doktorantura ilə bağlı Nazirlər Kabineti standatlar təsdiqləməlidir və artıq bu standartlar ortaya qoyulmalıdır”-deyə İ. Orucov vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031