Türkiyə İsrailin bu addımını pislədi: "İnsanlıq cinayətidir"
"İsrail Qəzza zolağında humanitar yardım paylayarkən fələstinliləri öldürməklə insanlığa qarşı yeni cinayət törədib." Bu bəyanatla Türkiyə Xarici İşlər Nazirliyi çıxış edib. Nazirliyin açıqlamasında deyilir ki, Qəzzanın qərbində yerləşən Əl-Rəşid küçəsinə edilən hücum bir insanlıq cinayətidir.
"İsrail Nabulsi meydanında fələstinliləri öldürməklə daha bir insanlıq cinayəti törədib. Qəzzada aclıqdan müharibə silahı kimi istifadə edən İsrailin indi də həyat qurtarmaq üçün yardım istəyən günahsız dinc insanlara hücum etməsi İsrailin bütün Fələstin əhalisini məhv etmək niyyətini nümayiş etdirir.
İsrail Qəzzada hərbi əməliyyatı dərhal dayandırmalıdır, lakin İsrail hökumətinin bu qərarı vermək üçün nə sağlam düşüncəsi, nə də vicdanı var”, - deyə XİN-dən bildirilib.
Mətləb